525.Az

Con Kerri: "Hələ vaxtı çatmayıb"


 

Con Kerri: "Hələ vaxtı çatmayıb"<b style="color:red"></b> “İraq Kürdüstanının müstəqil dövlət kimi tanınması üçün hələ vaxt yetişməyib”.
 
APA-nın məlumatına görə, bunu ABŞ dövlət katibi Con Kerri deyib. “Yox, indi vaxtı deyil. Bir çox səbəblərə görə qəti vaxtı deyil”, – deyə o, söyləyib.
 
C. Kerri bildirib ki, bir problemi digərinin ardınca həll etmək lazımdır: “Mən düşünürəm ki, lider Bərzani bunu başa düşür. O, Bağdadda yeni hökumətin yaradılmasına kömək edib, kürdlər bu işə qatılıblar. Onlar anlayırlar ki, indi bir olmaq və “İŞİD”ə qarşı həmrəylik nümayiş etdirmək lazımdır”.
 
ABŞ-ın diplomatiya rəhbəri onu da əlavə edib ki, bu cür müzakirələr İraq parlamentindəki koalisiyanı dağıda bilər.
 





01.11.2014    çap et  çap et