525.Az

İcra başçısı Türkiyədə saziş imzaladı


 

İcra başçısı Türkiyədə saziş imzaladı<b style="color:red"></b> Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun başçılıq etdiyi nümayəndə heyəti oktyabrın 29-31-də Türkiyənin Afyonkarahisar şəhərində işgüzar səfərdə olub.

525.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, səfər çərçivəsində Türkiyənin Afyonkarahisar vilayətinin Sandıklı bələdiyyəsi ilə Masallı şəhəri arasında “Qardaşlıq sazişi protokolu” imzalanıb.
 
Qeyd edək ki, sənəddə Afyonkarahisar şəhərinin Sandıklı bələdiyyəsi ilə Masallı Rayon İcra Hakimiyyəti arasında bərabərlik və qarşılıqlı faydalı prinsiplər əsasında iqtisadiyyat, sənaye, ticarət, elm, texnika, mədəniyyət, təhsil, idman və digər sahələrdə təcrübə mübadiləsi aparmaq, müxtəlif görüşlər keçirmək nəzərdə tutulub.
 





31.10.2014    çap et  çap et