525.Az

Burkina-Faso prezidenti səlahiyyət müddətini uzatmayacağını bəyan edib


 

Burkina-Faso prezidenti səlahiyyət müddətini uzatmayacağını bəyan edib<b style="color:red"></b> Burkina-Faso prezidenti Blez Kompaore fövqəladə vəziyyət rejimini ləğv edib.
 
APA-nın “Frans Press”ə istinadən verdiyi məlumata görə, B. Kompaore bildirib ki, yeni prezident demokratik yolla seçilməyənədək istefa verməyəcək.
 
“Mən keçid dövr ilə bağlı danışıqlara hazıram”, - deyə o vurğulayıb.
 
Bununla belə B. Kompaore prezident seçkilərinin nə vaxt keçiriləcəyini açıqlamayıb. 
 
Qeyd edək ki, dünən Burkina-Faso prezidenti hökumətin buraxıldığını bəyan edib və etirazların başlanması ilə əlaqədar ölkədə fövqəladə vəziyyət rejimini tətbiq edib. Müdafiə naziri Onore Traore isə keçid hökumətinin yaradıldığını açıqlayıb. O bildirib ki, keçid hökuməti 1 il fəaliyyət göstərəcək.
 
Əlavə edək ki, Burkina-Fasoda nümayişlər B. Kompaorenin prezidentlik müddətinin uzadılmasına etiraz olaraq başlayıb.
 
B. Kompaore hakimiyyətə 1987-ci ildə hərbi çevriliş nəticəsində gəlib.
 
Bu arada Fransa prezidenti Fransua Olland B. Kompaorenin istefasını alqışladığını bəyan edib.
 





31.10.2014    çap et  çap et