525.Az

Kiçik Qarabağdan Fotoreportaj


 

Kiçik Qarabağdan <b style="color:red">Fotoreportaj</b> Qarabağ müqəddəs torpaqdır mənimçün. Məscidin qapısı, qarabağlıların da ürəyi açıqdı.

Mənim fikrimdə Qarabağ obrazı Füzuli rayonun Aşağı Yağlıvənd kəndi və Horadizlə bağlıdır. İki ildir Qarabağla tanışam, məncə, ilk baxışdan məhəbbət elə budur. O yerlərdə suyun, səmanın, torpağın rəngi də başqadı, ulduzlar sanki daha böyük, daha parlaqdı: Qarabağım çox gözəldi.

Bu dəfəki səfərimdən danışım. Rayona toya getmişdim, mağar toyuna. Yağışlı bir gün idi. Arada bəyə zarafatla deyirdim ki, nə vacib idi, həyat yoldaşın gözəl olacaq deyə qazanın dibini sıyırmaq? Yağışın yaratdığı problemlərə baxmayaraq (bulaşmış dikdabanlarım, palçığa batmış donum) toy maraqlı keçdi, adət-ənənələri bilməyən, başqa ölkədə böyümüş insan üçün xüsusilə.

Toydan söz açmışkən, yasdan da bir-iki söz deyim. Horadiz qəbirstanlığında şəhid məzarlarını ziyarət elədim. Bir şəhidin qohumlarını gördüm, başdaşını göz yaşlarıyla isladaraq öpürdülər. Bu an ağlıma gələn nə oldu, bilirsinizmi? “Burada mənim atam da ola bilərdi, indi məzarın üstündə ağlayan mən olardım...”.

Atamdan inciyib-küsmələrim hamısı unuduldu, onu çox sevdiyimi anladım...

Çəkdiyim şəkilləri sizlərlə bölüşmək istəyirəm, Qarabağa mənim gözlərimlə baxasız deyə...

Bir şeyi də deyim, mənim Qarabağımda çöl pişikləri yoxdu, həyət pişikləri var.
 





31.10.2014    çap et  çap et