525.Az

Mənəviyyatı kamilləşdirən əsər


 

Mənəviyyatı kamilləşdirən əsər<b style="color:red"></b>

Ateizm təbliğatının geniş yayıldığı bir dövrdə, yəni XX əsrin 70-ci illərində həm rus, həm Azərbaycan mətbuatında məşhur həmyerlimiz öncəgörücü parapsixoloq Tofiq Dadaşovun Bakının ən məşhur kinoteatrlarında təşkil olunmuş psixoloji eksperimentləri haqqında geniş məlumatlar verilirdi. Elə o dövrlərdə dünyanın ən məşhur sensitivi (ekstrasensor qabiliyyətinə malik olan insan), fövqəlmöcüzə insan kimi qiymətləndirilən bolqar qadını Vanqa haqqında da maraqlı məlumatlar əvvəl Moskva, sonra isə Azərbaycan qəzetlərində işıq üzü görmüşdü.

Bu cür məzmunlu məqalələr geniş oxucu kütlələri tərəfindən rəğbətlə qarşılansa da, böyük həcmli əsərlərə təsadüf olunmurdu. İlk dəfə 2011-ci ildə qəzetlərdə "Vanqanın sirli aləmi" adlı kitab haqqında anonsa rast gəldikdə sevindim kitab mağazasından onu əldə etdim. Kitabın müəllifi Elçin Ələkbərzadə tanınmış yazıçı olmasa da, ədəbiyyata yeni mövzu, yeni ideyalar qeyri-adi real insan obrazları gətirmişdi. Elə buna görə kitab oxucular tərəfindən rəğbətlə qarşılandı, müəllif isə yadda qalmağa başladı.

İKT-nin geniş yayıldığı, bədii əsərlərə marağın azaldığı bir dövrdə geniş oxucu kütlələrinin diqqətini cəlb etmək o qədər asan deyil. Elə buna görə E.Ələkbərzadə bir-birinin dalınca nəşr olunan "Nostradamus", "Dünyanın 7 möcüzəsi 33 möcüzə insan", "Nostradamusdan Vanqaya qədər fenomenal insanlar", "Dahilərin yuxuyozmaları", "UNO-uçan naməlum obyektlər" "Vanqa-500 müalicəvi resept" kimi geniş həcmli kitabları ilə XXI əsr Azərbaycan ədəbiyyatında açdığı yeni yolu daha da genişləndirdi möhkəmləndirdi.

Qısa bir zaman kəsimində oxucularının sayını sürətlə artıran, özü tanınmış bir yazıçı kimi şöhrətlənən Elçin Ələkbərzadə "55 unikal insan" adlı 8-ci kitabı ilə oxucuların görüşünə gəlib. Bu vaxta qədər Azərbaycan ədəbiyyatında toxunulmayan mövzuların işıqlandırıldığı bu kitabda dünyanın ən məşhur parapsixologiya, öncəgörücülər, övliyalar, yadplanetli məxluqlarla görüşlər, əfsanəvi şəfavericilər, mərhumların ruhları ilə ünsiyyət s. haqqında ərtaflı məlumatlar verilir. Kitabın əsas ideyası müasir oxucuların intellektual səviyyəsinin yüksəldilməsi, dünyagörüşlərinin genişləndirilməsi, mənəviyyatının zənginləşdirilməsidir.

Bunlardan əlavə, kitabda millətindən, dinindən, sosial vəziyyətindən, cinsindən asılı olmayaraq öz qeyri-adi keyfiyyətləri, istedad qabiliyyətləri ilə fərqlənən unikal insanlar öz bacarıqlarını bədxah əməllərə yox, ancaq xeyirxah, insanlara fayda verən işlərə həsr edirlər. Bununla da onlar dini kitablar peyğəmbərlər kimi insanları bəd əməllərdən uzaqlaşdırmağa, xeyirxah işlər görməyə sövq edirlər. Bu peyğəmbərləşmiş, müqəddəsləşmiş qeyr-adi insanlar oxucularda fövqəltəbii qüvvələrə, Allahın varlığına inam ruhu aşılayır, onların mənəviyyatını kamilləşdirir Allaha daha çox yaxınlaşdırırlar.

"55 unikal insan" kitabı ön söz, istifadə olunan ədəbiyyat mündəricatdan başqa, real faktlar əsasında yazılmış 55 oçerkdən ibarətdir. Onların heç biri öz qeyri-adiliyi ya unikallığı ilə digərini təkrar etmir, yəni bu unikal insanlar da öz qeyri-adi unikallıqları ilə bir-birindən  fərqlənirlər. Məsələn, bolqar Vanqa (1911-1997) 13 yaşından, rus Matrona Nikonova (1881-1952) isə anadangəlmə kor olmuşlar. Vanqa 20-25 yaşına qədər çox ağır şəraitdə yaşamış, sonra məşhurlaşmış, özündən sonra milyonlar qoyub getmişdir. O həm keçmişdən, həm gələcəkdən xəbər verməyi, fikirləri oxumağı, insanların pis niyyətlə onun yanına gəlməsini, ruhlarla danışmağı, yadplanetlilərlə söhbət etməyi, ağır xəstələri bitkilərlə müalicə etməyi bacarmış onun 7000 öncəgörməsi düz çıxmışdır. Matrona Nikonova isə Sovet dövründə, milislərdən əlavə, öz doğma qardaşları tərəfindən təqib olunduğu üçün evdən qaçmış, ömrü boyu yerini tez-tez dəyişərək didərgin həyat keçirmişdir. O, hamıya təmənnasız kömək etmiş, öncəgörmələri real olmuş, kim hansı niyyətlə ona müraciət etmişsə, arzuları həyata keçmişdir. Ölümündən sonra da kim onun məzarını ziyarət edir kim onu köməyə çağırırsa, niyyətləri həyata keçir. Elə buna görə 1999-cu ildə o, "övliya" (müqəddəs) elan olunmuş, məzarı ziyarətgaha çevrilmişdir.

Fransız Nostradamus Mişel (1503-1566) XVI əsrdən 3797-ci ilə qədər baş verəcək hadisələri öncədən görmüş bu vaxta qədər onların 72-si düz çıxmışdır. Unikal psixokinezer Uri Geller (Tel-Əviv, 1946) məsafədən dəmir, başqa əşyalara təsir göstərmək, əymək, sındırmaq, gizlədilmiş əşyaların yerini tapmaq, insan fikrini oxumaq, kompyüterin yaddaşındakı ya bağlı zərfin içindəki təsvirləri görmək, bağlı fotoaparatın plyonkasına öz şəklini salmaq s. keyfiyyətlərə malik olmuşdur. Cuna Davitaşvili (Kuban, 1949) öncəgörmə ilə yanaşı, ruhlarla kontakta girmək, əl ilə müalicə etməyi bacarmışdır.

Əslən alman olan Amerika öncəgörücüsü Cin Dikson (1916-1975) öncəgörücülüyü ilə məşhur olmuşdur. Kanadalı Adam Drimhiller "məsafədən energetik şəfaverici" adlanmışdır. O, bircə toxunmaqla ya əlində şəklini tutmaqla istənilən xəstəni müalicə etməklə ixtisaslı diplomlu həkimləri heyrətə gətirə bilir.

Yazıçı E.Ələkbərzadənin digər əsərlərində hər hansı insan bədəninə müvəqqəti olaraq başqasının ruhunun daxil olması hadisəsinə təsadüf olunur. Bu əsərdə isə onun başqa bir formasına təsadüf olunur. 1918-ci ildə Hindistanın şimalında böyük rəğbət bəslənilən Şirdi Sai Baba vəfatından az öncə demişdi ki, mən 8 il sonra Hindistanın cənubunda yenidən həyata gələcəyəm...., Doğrudan da, 1926- ildə Hindistanın cənubunda Satya Sai Baba anadan oldu. O, 14 yaşında anladı ki, o, Şirdi Sai Babanın eynidir. Vaxtilə bir qadın Şirdi Babaya demişdi ki, mən sənin yanında qalıb ibadətlə məşğul olmaq istiyirəm. Şirdi Sai Baba demişdi: "İndi yox. Mən gedib yenidən qayıdacağam, onda sən mənimlə görüşüb yanımda qalarsan".

Həmin qadın Satya Sai Baba haqqında eşidib onun yanına gəlir. Satya Sai Baba Şirdi Sai Babanın dediklərini xatırladı: "Övladım, sən gəldin". Sonra gülümsəyərək qadının yadına salır ki, hələ o vaxtdan onun 16 rupiy borcu qalıb. Mən bunu sənə ona görə deyirəm ki, sən əmin olasan ki, mən həmin Şirdi Sai Babayam.

Satya Sai Baba insanları müalicə edir, həm ayıq, həm yuxuda unikal cərrahiyyə əməliyyatları keçirir, fikirləri oxuyur, daşları kanfetə, qızılgül qönçələrini brilyanta çevirir, əlini açanda qızıl pullar yerə tökülür. O, bir nəfərlik yeməklə yüz nəfəri doyuzdurur s. kimi möcüzələr göstərmiş bunlar şahidlər, foto kinoçəkilişləri ilə təsdiq olunmuşdur. O, yeganə adam idi ki, heç kimdən hədiyyə, ianə qəbul etmir, əksinə özü onlara müxtəlif hədiyyələr verir.

Satya Sai Baba deyir: "Mən gəlmişəm ki, Allaha birbaşa yolu bərpa edim". Demək, "Onun məqsədi Məhəbbət Həqiqət vasitəsilə hər bir insanda mənəviyyata bağlılığı, bəşəriyyətdəsə sevgi əmin-amanlıq şəraitində birgəyaşayış hissini bərpa etməkdir. O gəlib ki, bəşəriyyəti vahid qardaşlıq ailəsində birləşdirsin, nifrət düşmənçiliyin kökünü kəssin".

Məşhur amerikalı alim Kliv Bakster həmyerlimiz Tofiq Dadaşovun özgə fikirlərini heyrətamiz dəqiqliklə oxuyabilmə qabiliyyətini yüksək qiymətləndirmiş, onu dünyanın ən qüdrətli mediumu adlandırmışdır. Onun haqqında çoxsaylı məqalələr yazılsa da, geniş həcmli əsərlərə təsadüf olunmur. Onun Bakıda yaratdığı parapsixoloji yardım mərkəzi "PSİ-EKS" uzun illərdir ki, minlərlə xəstəni müalicə etmişdir. Zənnimizcə, bu mərkəz son illərdə nəyə görəsə fəaliyyət göstərmir.

Bu vaxta qədər peyğəmbər kimi tanıdığımız (İslam dini onu peyğəmbər kimi qəbul etmir) Zərdüştün öncəgörmələri lap gənclikdən özünü göstərmişdir. O, İsa peyğəmbərin doğulacağı zaman məkan, Rusiyada 1917-ci ildə oktyabr çevrilişi, Çernobıl atom elektrik stansiyasında baş verəcək qəza s. haqqında əvvəlcədən xəbər vermiş öz dövrünün təbabət, coğrafiya, astronomiya, astrologiya üzrə yüksək səviyyəli mütəxəssisi kimi tanınmışdır.

"55 unikal insan" kitabında qeyri-adi keyfiyyətləri ilə insanları heyrətə salan müqəddəsləşmiş bəşər övladları ilə yanaşı, öz qeyri-adi istedadları əsrləri qabaqlayan kəşfləri ilə dünyada şöhrətlənən alimlər vardır. Bütün dünyada əfsanəvi Loğman - İbn Sina (Buxara, 980-1037) cəmi 58 il yaşasa da, mənbələrdə adı çəkilən müxtəlif elm sahələrinə aid 450 əsər yazmışdır ki, onlardan ancaq 240-ı qorunub saxlanmışdır. Çoxsaylı rübai poemalarında "insan həyatının mənası nədir? sualına cavab axtaran İbn Sinanın "Şəfatapmalar kitabı" adlı əsəri 18 kitabdan ibarət olub fəlsəfə təbiət elmlərinin ensiklopediyasıdır". O, Allahın varlığına inanır Allahın mövcud hər şeyin əsası kimi qəbul edirdi. O, insanın fiziki qeyri-maddi əbədi ruhdan ibarət olduğunu iddia edirdi... O, hiss edir ki, kainatı müəyyən obyektiv qanunlar idarə edir"... (səh.155).

İlk dəfə neytronun mövcudluğunu bəyan edən, öz kəşfinin faciələrini dərk etdikdən sonra doğma diyarından qaçan didərgin həyat keçirən italyan fiziki Ettore Mayorananın faciəli həyatından, ilk dəfə elektrik enerjisinin naqilsiz uzaq məsafəyə ötürülməsini kəşf edən Amerika alimi Nikola Tesla, ilk dəfə informasiyanın "simsiz teleqrafla" ötürülməsini həyata keçirən, Marsdan gələn siqnalları qəbul edən, ölülərin ruhları ilə ünsiyyət yaratmağa imkan verən cihazların hazırlanması üzərində çalışan italyan almi Qulyelmo Markoni başqaları haqqında məlumatlar çox maraqla oxunur.

Kitabda milli, dini mənsubluğundan, ixtisas məşğuliyyətindən asılı olmayaraq haqlarında bəhs olunan unikal insanların hamısı insanları hər cür mənfiliklərdən uzaqlaşmağa, xeyirxah işlər görməyə, bütün insanlara məhəbbətlə yanaşmağa çağırır, kainatı idarə edən ilahi varlığın mövcudluğunu, insanın maddi varlıq qeyri-maddi ruhdan ibarət olmasını təsdiq edirlər. Amerikalı "Yatmış peyğəmbər" adlanan Edqar Keysi (1877-1945) ancaq yuxuda olanda transa girir, keçmiş, real həyat gələcəkdə baş verəcək hər hansı hadisə, xəstəliyin müalicəsi s.  haqqında verilən suallara başqa bir şəxsin səsi ilə düzgün cavablar verərdi. Əvvəllər fırıldaqçılar Edqar Keysi yuxuda olarkən ona axşam oynanılacaq qumar haqqında suallar verər aldığı cavablar əsasında çoxlu pul qazanardılar. Edqar Keysi transdan ayılandan sonra ona verilən sualları verdiyi cavabları da xatırlamazdı. "Yatmış peyğəmbər"in dostları ona insan ruhu ilə əlaqədar verdikləri suallara o belə cavab vermişdi: "Hər bir ruh ölməzdir burada Yer kürəsində ruh çoxdəfəli reinkarnasiya, yəni bədəndən köçmə prosesindən keçir... Günəş sistemində ruh üçün uzun bir sınaqlar zənciri mövcuddur. Bunun planetlərə uyğun olaraq səkkiz ölçülü, mühiti var. Bu sistemdə Yer kürəsinə uyğun ölçü üçüncüsüdür... Bu, bütün sistem üçün unikal laboratoriyadır, unikallığı da ondadır ki, yalnız burada hər şeyi seçim azadlığı müəyyənləşdirir. Digər ölçülərdə ruh ilahi qüvvələrin ciddi nəzarəti adlandırır... Hər bir ruhun vəzifəsi fasiləsiz özünükamilləşdirmədir. Tam kamilləşmiş ruh Allaha qovuşur..." (səh. 72).

Hörmətli oxucular! Əgər siz ilahi varlıq, kainat, fenomen insanlar haqqında daha ətraflı məlumatlar almaq, intellektual bilik səviyyənizi yüksəltmək, mənəvi cəhətdən saflaşmaq, kamilləşmək istəyirsinizsə, yazıçı Elçin Ələkbərzadənin "55 unikal insan" (Bakı, 2014) adlı kitabını oxuyun!

Aydın PAŞAYEV
fiologiya elmləri doktoru, professor  

 





31.10.2014    çap et  çap et