525.Az

"Azərbaycanın Cənubi Qafqazın lideri olması artıq beynəlxalq səviyyədə qəbul olunub"


 

Müsahibimiz Milli Məclisin deputatı Məlahət İbrahimqızıdır.

"Azərbaycanın Cənubi Qafqazın lideri olması artıq beynəlxalq səviyyədə qəbul olunub"<b style="color:red"></b>

-  Bildiyiniz kimi oktyabrın 27- Fransa prezidentinin təşəbbüsü ilə Parisdə Azərbaycan Ermənistan prezidentlərinin görüşü keçirildi. Sizcə, bu görüş Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli prosesində irəliyə doğru addım ola bilərmi? 

- Ermənistanın təcavüzkar siyasəti nəticəsində Dağlıq Qarabağ münaqişəsi hələ sülh yolu ilə həllini tapa bilmir. Bu münaqişənin  həllinə nail olmaq üçün göstərilən səylər təəssüf ki, hələlik heç bir nəticə vermir. Azərbaycan tərəfi münaqişənin  beynəlxalq hüquq normaları çərçivəsində sülh yolu ilə həll olunmasının tərəfdarıdır. Ölkəmizdən fərqli olaraq Ermənistan rəhbərliyinin bu vaxta qədər münaqişənin həllinə  münasibətdə nümayiş etdirdiyi  mövqe isə status-kvonu mümkün qədər çox saxlamağa hesablanıb. Ermənistan, eyni zamanda, dünya ictimaiyyətinin gözündə sülhə tərəfdar ölkə kimi görünməyə çalışır. Buna görə , işğalçı ölkə rəhbərliyi istəməsə belə, Dağlıq Qarabağ münaqişəsinin müzakirə olunduğu ikitərəfli çoxtərəfli görüşlərdə iştirak etməli olur.

Məlumdur ki, münaqişənin həlli ilə birbaşa məşğul olan ATƏT-in Minsk qrupu həmsədrlərinin, Rusiya prezidentinin təşəbbüsü digər beynəlxalq tədbirlər çərçivəsində Azərbaycanın Ermənistanın dövlət başçıları, həmçinin, xarici işlər nazirləri arasında çoxsaylı görüşlər keçirilib. Bu dəfə prezidentlər arasında görüş Fransa prezidentinin təşəbbüsü ilə baş tutub. Bütün cəmiyyətimizi düşündürən budur ki, keçirilən bu görüş işğala son qoymaq üçün irəliyə doğru addım ola bilərmi? Bəzi şəxslər deyirlər ki, danışıqlar aparılmasın, başqa format müəyyənləşsin, müharibə başlasın s. Hesab edirəm ki, bu, doğru yanaşma deyil. Tarixən bütün müharibələr sülh ilə nəticələnib. Təbii ki, torpaqlarımızı işğal edən, insanlarımıza qarşı qətliamlar törədən bir ölkənin rəhbəri ilə üzbəüz oturmaq xoş deyil. Amma sülh naminə belə görüşlər lazımdır. Prezident İlham Əliyev dəfələrlə yüksək tribunalardan indiki Ermənistanın tarixi Azərbaycan torpaqlarında yaradıldığını bəyan edib. Bu, çox cəsarətli mövqedir.

Hesab edirəm ki, son vaxtlar keçirilən görüşlər, danışıqlar prosesinin intensivləşməsi gələcək qələbənin açarının əldə olunmasına aparan yoldur. Doğrudur, Paris görüşünün görüşünün detalları açıqlanmasa da, mesajlardan hiss olunur ki, danışıqlarda üstünlük Azərbaycanın tərəfində olub. Onsuz da bu məsələdə haqq-ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq da ölkəmizin mövqeyini müdafiə edir.

- Bir sıra beynəlxalq təşkilatlar Azərbaycan torpaqlarının işğal olunması faktını öz sənədlərində təsdiq edib. Bu sənədlərin əhəmiyyəti nədən ibarətdir?

- Atəşkəsin imzalanmasından keçən 20 il ərzində danışıqlarda qazanılan çoxillik təcrübə isə onu göstərir ki, məsələ yalnız görüşlərin keçirilməsi, problemin müzakirə olunması ilə bitmir. Münaqişənin həlli üçün konkret addımlar atılmalıdır. Doğrudur, beynəlxalq aləm Dağlıq Qarabağ münaqişəsinə hüquqi qiymət verib. BMT Təhlükəsizlik Şurası, İKT, ATƏT, Avropa Şurası, Avropa Parlamentinin çoxsaylı qərar qətnamələrində Azərbaycan torpaqlarının işğal faktı təsdiqlənib, Ermənistan qoşunlarının zəbt olunmuş ərazilərdən çıxarılmasını, məcburi köçkünlərin yurd-yuvasına qayıtmasını tələb edilib. Lakin göründüyü kimi, işğalçı Ermənistan bu qərarların heç birinə məhəl qoymur. Bu ölkənin danışıqlarda iştirakı indiyədək yalnız imitasiya xarakteri daşıyıb. Ona görə , hələlik münaqişənin həlli yönündə hansısa nəticədən danışmaq mümkün deyil.

Onu da vurğulayaq ki, Ermənistanın qeyri-konstruktiv mövqeyi avqustun əvvəlində cəbhə xəttində törətdiyi təxribatlarla bir daha təsdiq olundu.

İşğalçı Ermənistanı dünyada müdafiə edən qüvvələr münaqişənin həllinə maraqlı deyil status-kvonun qorunub saxlanmasına çalışırlar. Hətta Azərbaycanı dəfələrlə təxribata çəkmək istəyiblər. Amma dövlətimizin səbr təmkin nümayiş etdirməsi işğalçı tərəfin məqsədinə çatmasına imkan verməyib.

Erməni tərəfi qorxaq riyakardır. Mən bir çox beynəlxalq tədbirlərdə iştirak etmişəm şahidi olmuşam ki, Ermənistan nümayəndələri həmin tədbirlərdə Azərbaycan Türkiyə nümayəndələri iştirak etdiyi zaman qorxularından çıxış edə bilməyiblər. Çünki haqq-ədalət onların tərəfində deyil. Amma bizim nümayəndələr tədbir keçirilən zalda olmayanda onlar əleyhimizə böhtan,yalan dolu çıxışlar ediblər. Bu da onların qorxaqlığını riyakarlığını sübut edir.

- Ermənistan sosial-iqtisadi baxımdan böhran vəziyyətindədir. Bu amil işğalçı tərəfi dərəcədə sülhə məcbur edə bilər?

- Ermənistanda əhali ölkəni sürətlə tərk edir. Bunun əsas səbəbi isə işğalçılıq siyasətinin erməni xalqına vurduğu ziyandır. Ermənistan hakimiyyəti isə  bu vəziyyəti izah etmək üçün müxtəlif üsullara əl atır. Onlar xaricdən gələn yardımlarla dolanmağa məcburdurlar. Amma işğalçı Ermənistanı himayə edən xarici qüvvənin vəziyyəti yaxşı deyil. Ona görə , Sarkisyan rejimi həmişə xaricdən yardım ala bilməyəcək. Bir gün buna son qoyulacaq.

Qeyd edim ki, Azərbaycanın Cənubi Qafqaz regionunun lideri olması artıq beynəlxalq səviyyədə qəbul olunmuş bir faktdır. Regionun lider dövləti kimi Azərbaycan bu bölgənin siyasi, iqtisadi atmosferinin formalaşmasında həlledici təsirə malikdir. Məhz bu imkanlarından yararlanaraq ölkəmiz daxili sabitlik çoxşaxəli xarici əlaqələr əsasında bölgədə sülh sabitliyin təmin olunmasında öz mövqeyini konkret fəaliyyəti ilə ortaya qoyur. Eyni zamanda, ölkəmizdəki inkişaf, Azərbaycanın müəyyən layihələr həyata keçirməklə qlobal mənada Avropanın enerji təhlükəsizliyinə töhfələr verməsi dünya birliyi tərəfindən yüksək qiymətləndirilir. Təbii ki, Azərbaycanın beynəlxalq müstəvidə artan nüfuzu Dağlıq Qarabağ probleminin həllində ölkəmizin üstünlüynü artırır. Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünün təmin ediləcəyini vurğulayıb: "Əminəm ki, biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Beynəlxalq hüquq normaları bizim mövqeyimizi dəstəkləyir. Azərbaycan dünya miqyasında nüfuz sahibidir bizimlə hesablaşırlar, məsləhətləşirlər. Bu gün bizim beynəlxalq nüfuzumuz yüksək səviyyədədir".

Reallıq Azərbaycan dövlətinin inkişafının dinamik xarakter aldığını göstərir. Təbii ki, bu inkişaf bütün məsələlərdə ölkəmizin mövqelərimizi gücləndirir. Bu prosesdə ordu quruculuğu da xüsusi yer tutur. Prezident İlham Əliyev bildirib ki, Azərbaycanın artan gücü fonunda Ermənistan zəifləyir. Acınacaqlı vəziyyətdə olan dövlət isə gec-tez diz çökməyə məhkumdur. Azərbaycanın diplomatiyası sayəsində Ermənistan dala dirənib. Eyni zamanda, Cənubi Qafqazın lider dövləti olaraq Azərbaycan işğalçı ölkəni bütün regional beynəlxalq layihələrdən təcrid edib. Təbii ik, bu amil təcavüzkar Ermənistanı sosial-iqtisadi böhranla üzləşməsinə səbəb olub.

K. HƏMİDOV

 





31.10.2014    çap et  çap et