525.Az

"Azərbaycan öz mövqeyində israrlıdır"


 

"Azərbaycan öz mövqeyində israrlıdır"<b style="color:red"></b>

Oktyabrın 27- Parisin Yelisey sarayında Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində Fransa prezidenti Fransua Ollandın təşəbbüsü ilə Azərbaycan Ermənistan prezindentlərinin görüşü baş tutdu. Kompramis yolların əldə olunması üçün təşkil olunan bu görüşdə prezidentlər ATƏT-in Minsk qrupunun həmsədrlərilə müzakirələr apardılar.

Avropa İttifaqı Azərbaycan Ermənistan prezidentlərinin görüşünü irəliyə doğru çox müsbət addım hesab edir. Bu barədə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard bildirib. O qeyd edib ki, bu cür yüksək səviyyəli görüşlərin keçirilməsi status-kvonun dəyişməsi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün olduqca vacibdir. M.Mardın fikrincə, Azərbaycan Ermənistan arasında bu cür yüksək səviyyəli görüşlər gələcəkdə davam etdirilmədir.

Paris görüşünün nəticələrini şərh edən politoloq Məhərrəm Zülfüqarlı "525"ə bildirib ki, Dağlıq Qarabağda baş verən son hadisələr Azərbaycanın mövqeyinin gücləndiyini göstərir. O, Rusiyanın apardığı işğalçılıq siyasəti ilə beynəlxal aləmdə mənfi obraz yaratmasını münaqişənin nizamlansı istiqamətində açar ola biləcəyini vurğulayıb: "Ukrayna böhranı ilə əlaqədar Rusiya beynəlxalq aləmdə yeritdiyi siyasətlə özünü gözdən salaraq rüsvay olub. Bu prizmadan yanaşsaq, Paris görüşündə Azərbaycanın haqlı mövqeyinin dəstəklənməsi gözlənilirdi. Rəsmi Bakının mövqeyi güclü olsa da, Paris görüşünün nəticələrinə nəzər salsaq, məlumatlardan belə məlum olur ki, ümumi sözlər, danışıqların davam etdirilməsinə dair razılıq əldə olunması kimi fikirlər səslənməsi adi hal alıb. Keçirilən görüşün müsbət qiymətləndirilməsini istəyən xarici qüvvələrin işlətdiyi ifadələr ATƏT-in Minsk qrupunun həmsədrlərinin "demokratiyaya doğru daha bir addım atılıb" ifadəsini xatırladır. Bu o deməkdir ki, artıq Azərbaycanın haqq səsinin daha böyük auditoriyalarda eşidilməsinə ehtiyac var. Ukrayna hadisələri bir daha onu göstərdi ki, Rusiya keçmiş SSRİ- öz mövqelərini bərpa etmək üçün fəaliyyət göstərir buna görə münaqişə ocaqlarının sönməsinə imkan vermir. Hesab edirəm ki, forpost ölkə olan Ermənistanın bu danışıqlarda konstruktiv mövqe bildirməsinə nail olmaq üçün beynəlxalq ictimaiyyət Rusiyaya qarşı təzyiqlərini artırmalıdır".

Soçi görüşündə olduğu kimi Paris müzakirələrində Azərbaycan prezindenti İlham Əliyevin qətiyyətlə öz mövqeyini müdafiə etdiyini bildirən M.Zülfüqarlının sözlərinə görə, hiss olunur ki, Azərbaycan dövləti gücləndikcə əvvəlkindən fərqli olaraq öz haqq işini qətiyyətlə müdafiə edir: "Ehtiyac var ki, beynəlxalq təşkilatlar, xarici qüvvələr bu məsələdə qəti mövqelərini ortaya qoysunlar. Bu zaman müsbət nəticə əldə etmək olar".

Siyasi İnnovasiya Texnologiyalar Mərkəzinin direktoru Mübariz Əhmədoğlu isə hesab edir ki, Paris görüşünü geriyə addım hesab etmək daha düzgündür. O, bildirib ki, Ermənistanın bütün səyləri yalnız münaqişənin tənzimlənməsinin yubadılmasına xidmət edir: " Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi dedikdə, ermənilərin işğal etdikləri yeddi rayonun dərhal, işğal altında olan Dağlıq Qarabağın isə tədricən Azərbaycana qaytarılması başa düşülür. Yenilənmiş Madrid Prinsiplərinin əsasında hazırlanması nəzərdə tutulan Böyük Sülh Sazişi , məhz bunu reallaşdıracaq. Ona görə rəsmi İrəvan iki dəfə Yenilənmiş Madrid prinsipləri əsasında Dağlıq Qarabağ münaqişəsini tənzimləməyə hazır olduqlarını bildirsə , Paris görüşündəki davranışları bunun növbəti erməni yalanı olduğunu göstərdi. Bundan başqa Ermənistan xarici işlər naziri Edvard Nalbandyan açıqca etiraf etdi ki, hökmən təməl prinsipləri ilə bağlı sənəd imzalanmalıdır. Ondan sonra Böyük Sülh Sazişi barədə danışıqlar gedə bilər. Əslində, təməl prinsipləri Yenilənmiş Madrid Prinsiplərində qeyd olunub. Ermənilər danışıqları uzatmaq üçün bu məsələni qəsdən ortaya atır".

M. Əhmədoğlu vurğulayıb ki, məsuliyyətli dövrdə, mükəmməl formatda təşkil olunmasına baxmayaraq, Paris görüşü missiyasını yerinə yetirə bilmədi onu geriyə addım hesab etmək daha düzgündür. Politoloq qeyd edib ki, ATƏT-in Minsk qrupu müstəvisi açıq aşkar geosiyasi mübarizə məkanına çevrilib: "Rusiya Avrasiya İqtisadi Birliyi məsələsində sürətini zəiflətmək niyyətində deyil. Ermənistan sərhədlərinin qorunmasını xarici siyasətini tamamilə Rusiyaya tabe etməyə "hazırlaşır". Bu isə Dağlıq Qarabağ məsələsinin Ermənistan deyil, Rusiya tərəfindən həll ediləcəyi deməkdir. Bu kontekstdə ATƏT-in Minsk qrupuna qarşı hansı münasibət göstərməsinin vaxtını ardıcıllığını da yalnız Rusiya özü müəyyənləşdirəcək".

Ceyhun ABASOV

 





31.10.2014    çap et  çap et