525.Az

Keçmiş polis əməkdaşı həbs edildi


 

Keçmiş polis əməkdaşı həbs edildi<b style="color:red"></b>

Xidmətdə yol verdiyi nöqsanlara görə işdən qovulan keçmiş polis əməkdaşı həbs olunub.

Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, Osmanov Mehralı Məhəmməd oğlu Cinayət Məcəlləsinin 237.2.1-ci (qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə - bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə təqsirli bilinir.
 
M. Osmanov Daxili İşlər Nazirliyinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. Onun barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.
 
Qeyd edək ki, M. Osmanov uzun illər polis orqanlarında çalışıb. Bir müddət əvvəl isə xidmətdə yol verdiyi nöqsanlara görə işdən qovulub.
 
M. Osmanov 2005-ci ildə keçirilən Parlament Seçkilərində 109 saylı Balakən Seçki Dairəsindən deputatlığa namizəd olub.

 





31.10.2014    çap et  çap et