525.Az

ABŞ-dakı Azərbaycan diaspor təşkilatı “MasterCard”a qarşı aksiyaya başlayıb


 

ABŞ-dakı Azərbaycan diaspor təşkilatı “MasterCard”a qarşı aksiyaya başlayıb<b style="color:red"></b>

ABŞ-da fəaliyyət göstərən diaspor təşkilatı “ABŞ Azərbaycanlıları Şəbəkəsi” (USAN) “MasterCard” beynəlxalq ödəniş sisteminin rəsmi səhifəsində Azərbaycanın işğal altında olan torpaqlarının Ermənistan ərazisi kimi təqdim olunmasına qarşı hər bir kəsi etirazını bildirməyə çağırıb.

“APA-Economics” xəbər verir ki, bu barədə təşkilatın rəsmi səhifəsində yayılan müraciətdə bildirilir.
 
USAN hər bir kəsi bu məsələyə biganə qalmayaraq, şirkətin səhifəsində etiraz məktubu yazmağı çağırıb.
 
Müraciətdə qeyd olunur ki, “MasterCard”a 100 etiraz məktubu daxil olduğu halda, şirkət  bu məsələyə diqqət ayırmalı olacaq.
 
Xatırladaq ki, “MasterCard” öz rəsmi saytında Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazisini Ermənistanın tərkib hissəsi kimi göstərib.
 
“MasterCard”ın saytında “Ermənistan” bölməsində “ATM Locator” (ATM-lərin yerləşməsi) üzrə axtarış verərkən şəhərlər arasında “Stepanakert” (Xankəndi), “Shushi” (Şuşa) və s. rast gəlmək olar.
 
Qeyd olunan ərazilərdə “MasterCard”ın xidmətlərindən istifadə etmək mümkündür.

 





31.10.2014    çap et  çap et