525.Az

İsrailin Hayfa Universitetində Azərbaycan dili və Ədəbiyyatı Mərkəzi açılacaq


 

İsrailin Hayfa Universitetində Azərbaycan dili və Ədəbiyyatı Mərkəzi açılacaq<b style="color:red"></b> Azərbaycan Dillər Universitetinin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov İsrailin Hayfa Universitetinin nümayəndələrini qəbul edib.

ADU-nun İctimaiyyətlə əlaqələr Departamentindən APA-ya verilən xəbərə görə, rektor Səməd Seyidov Azərbaycan və İsrail arasındakı əlaqələrdən danışaraq, iki ölkə arasında nəinki siyasi sahədə, təhsil sahəsində də uğurlu əməkdaşlığın olduğunu söyləyib. ADU ilə İsrail arasında əlaqələrin inkişafında İsrailin Azərbaycandakı səfirliyinin xidmətinə toxunan rektor səfirliyə təşəkkür edib. O, universitetdə İsrail və Yaxın Şərq Araşdırmalar Mərkəzinin fəaliyyət göstərdiyini və əlaqələrin genişlənməsində səfirliyin rolunu xüsusi vurğulayıb. S. Seyidov Hayfa Universitetində Azərbaycan dili və Ədəbiyyatı Mərkəzinin açılmasını yüksək qiymətləndirib.
 
Səmimi qəbula görə təşəkkür edən qonaqlar Hayfa universitetində Ezri Mərkəzinin komandası olaraq bu sahədə Azərbaycanla - universitet və elmi mərkəzlərlə əlaqə qurmaqda maraqlı olduqlarını qeyd ediblər. Hayfa Universitetinin nümayəndəsi və Ezri Mərkəzinin direktoru,  professor Soli Şahvar İsraildə Azərbaycanşünaslıq mərkəzinin açılmasının universitet tərəfindən maraqla gözlənildiyini bildirib. O, mərkəzin bu ilin sonunda açılacağını söyləyib.
 
Görüşdən sonra Azərbaycan Dillər Universiteti və İsrailin Hayfa Universiteti arasında Anlaşma Memorandumu imzalanıb. 
 





31.10.2014    çap et  çap et