525.Az

Sabah hava necə olacaq?


 

Sabah hava necə olacaq?<b style="color:red"></b>

Sabah Bakıda və Abşeron yarımadasında əsasən buludlu hava şəraiti üstünlük təşkil edəcək, bəzi yerlərdə çiskinli olacağı, axşama doğru yağış yağacağı gözlənilir. Cənub küləyi axşama doğru şimal küləyi ilə əvəz olunacaq.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, havanın temperaturunun gecə  9-12, gündüz 13-16 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında sabah arabir yağış yağacaq. Yağıntının bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 6-11, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyə qədər isti, gündüz 3-8 dərəcə isti olacağı gözlənilir.

 





31.10.2014    çap et  çap et