525.Az

"Metroya üstünlük verən sərnişinlərin sayı artır"


 

"Metroya üstünlük verən sərnişinlərin sayı artır"<b style="color:red"></b> “Bakı şəhərində sərnişindaşımanın təqribən 30 faizi metronun payına düşür”.
 
Lent.az-ın məlumatına görə, bunu “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri Zaur Hüseynov Yeni Azərbaycan Partiyasının saytına müsahibəsində bildirib.

O qeyd edib ki, bu, orta hesabla gün ərzində 550 000 sərnişin daşınması deməkdir. “Gün ərzində maksimum göstəricimiz 700 000-dən artıqdır. Hazırda metroda sərnişin sıxlığı kifayət qədər yüksəkdir və metroya üstünlük verən sərnişinlərin sayı ilbəil artır. Odur ki, qabaqlayıcı tədbirlər görülməkdədir. Yeni xətlərin və stansiyaların tikintisi bu sektorun inkişafına və gələcək çətinliklərin qarşısının alınmasına zəmin yaradır”.
 
Z. Hüseynovun sözlərinə görə, yeni xətlərin və stansiyaların istifadəyə verilməsindən sonra paytaxt nəqliyyatında sərnişindaşıma baxımından metronun yeri daha çox əhəmiyyət kəsb edəcək.
 





31.10.2014    çap et  çap et