525.Az

Metropoliten sədrindən sərnişinlərə şad xəbər


 

Metropoliten sədrindən sərnişinlərə şad xəbər<b style="color:red"></b> “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti təsis edildiyi tarixdən ən qısa müddət ərzində əmək kollektini formalaşdıraraq ölkə başçısı tərəfindən müəssisə  arşısında qoyulmuş vəzifələrin icrasına  başlanılıb”.

525.az-ın məlumatına görə, bunu yap.org.az-a müsahibəsində QSC-nin sədri Zaur Hüseynov bildirib.
 
O qeyd edib ki, metropolitenin “28 May” stansiyası yanında Qırmızı və Yaşıl xətlərin ayrılma layihəsi üzrə işlərin görülməsi ilə bağlı Bouygues Travaux Publics LLC şirkəti ilə, metropolitenin bənönşəyi xəttinin “Avtovağzal” stansiyası və “Memar Əcəmi” stansiyaları arasında qatarların dövrü rejimdə hərəkətinin təmin edilməsi üçün avadanlığın təchizatı və əlaqəli xidmətlərin göstərilməsi barəsində “Thales Communications & Security S.A.S ” şirkəti ilə, metropolitenin qatarları üzrə hərəkət tərkibinin yenilənməsi məqsədi ilə ALSTOM TRANSPORT SA şirkəti ilə müqavilələr imzalanıb.
 
“Hazırda onların icrası ilə bağlı işlər həyata keçirilməkdədir. Bakı metropoliteninin Konseptual İnkişafı ilə bağlı Dövlət Proqramı əsasında inşa edilən yeni metro xətlərində tətbiq olunan “Qatarların hərəkətinin avtomatik tənzimlənməsinin (nəzarətinin) (QHATN)” mövcud rele-rels dövrəsi sistemindən tamamilə  fərqli olan mikroprosessor (MPS), CBTS və SCADA sistemləri ilə təchiz olunması layihədə nəzərdə tutulur. Bu  sistemlər təhlükəsizliyi təmin etməklə qatarların hərəkətini avtomatik təşkil edir, dispetçer mərkəzləşmə məntəqəsindən idarəetmə və monitorinq fəaliyyətini təmin edir. Bütün bu idarəetmə sistemlərinin layihəsi, avadanlıqlarının təchizatı, quraşdırılması və işə salınması işləri ikitərəfli müqaviləyə əsasən Fransanın “Thales Communications & Security S.A.S ” şirkəti  tərəfindən həyata keçiriləcək”.
 
Z. Hüseynovun sözlərinə görə, Yeni Bənövşəyi  xətdə “Avtovağzal-Memar Əcəmi-2” stansiyaları arasında   5 vaqondan ibarət 3 qatarın məkik hərəkət qrafiki üzrə hərəkətin təşkili nəzərdə  tutulur. “Bunun üçün “Alstom” və Rusiyanın  müştərək istehsal etdiyi 81-760-761A tipli vaqonların alınması nəzərdə tutulub. Yeni xətlərdə istismar olunacaq qatarlar ən yüksək və təhlükəsiz idarəetmə tələblərinə cavab verəcək. Yeni stansiyalarda təhlükəsizlik məsələləri optimal səviyyədə həll olunacaq, sərnişin rahatlığı mümkün qədər yüksək həddə çatdırılacaq. Bundan əlavə, stansiya və tunellərin ən müasir idarəetmə, işarəvermə, rabitə, elektrik və digər müvafiq sistem və avadanlıqlarla təchizatının həyata keçirilməsi nəzərdə tutulub”.
 
Onun sözlərinə görə, metropolitenin  əsaslı şəkildə yeniləşdirilməsi istiqamətində görülən və görüləcək işlər sırasında obyektlərdə təhlükəsizlik və video-müşahidə şəbəkəsini ən müasir avadanlıqlarla təchiz etmək,   yolların vəziyyətinə nəzarəti gücləndirmək, relslərin elektrik korroziyasından qorunmasını təmin etmək üçün mütərəqqi  üsullardan istifadə etmək, ventilyasiya sistemini mütəmadi yeniləndirmək, köhnəlmiş qurğuların yenisi ilə əvəz olunması prosesini sürətləndirmək və s. işlər var.
 





31.10.2014    çap et  çap et