525.Az

“Air Armenia” şirkəti fəaliyyətini dayandırıb


 

“Air Armenia” şirkəti fəaliyyətini dayandırıb<b style="color:red"></b> Ermənistanın yeganə aviadaşıyıcısı olan - “Air Armenia” şirkəti dekabrın 20-dək fəaliyyətini dayandırıb.
 
“APA-Economics” Ermənistanın “Arminfo” agentliyinə istinadən xəbər verir ki, bu haqda şirkətin rəsmi məlumatında bildirilib.
 
Məlumatda qeyd edilib ki, “Rosaeronaviqasiya” sentyabrın 21-dən “Air Armenia” aviaşirkətinə Rusiya istiqamətində uçuşların həyata keçirilməsinə dair qoyduğu qadağa ilə əlaqədar olaraq aviabiletlərin satışı 60% aşağı düşüb. Bu qərar “Air Armenia” şirkətində ciddi maliyyə problemlərinə səbəb olub.
 
Yaranmış vəziyyətlə əlaqədar olaraq şirkət maliyyə restrukturizasiyası həyata keçirmək qərarına gəlib. “Air Armenia” dekabrın 20-ə qədər uçuşların qrafikini dəyişərək, daha çox tələb olunan istiqamətlərə diqqətini artırmaq barədə düşünür. Şirkət bu müddət ərzində maliyyə vəsaitləri cəlb etmək və “Air Armenia” şirkətinə məxsus iki “A320” təyyarələrinin qaytarılması istiqamətində işlər həyata keçirməyi nəzərdə tutub.

Dekabrın 20-dən başlayaraq uçuşların qış cədvəlində nəzərdə tutulduğu qaydada yerinə yetirilməsi planlaşdırılır.
 
Qeyd edək ki, “Air Armenia” 2003-cü ildə yaradılıb və yüklərin aviadaşıyıcısı kimi fəaliyyətə başlayıb. 2013-cü ildən isə müntəzəm sərnişin reyslərinin yerinə yetirilməsinə başlayıb.
 





31.10.2014    çap et  çap et