525.Az

"İŞİD" məsələsində Vaşinqton və Ankara arasında fikir ayrılığı yoxdur"


 

"İŞİD" məsələsində Vaşinqton və Ankara arasında fikir ayrılığı yoxdur"<b style="color:red"></b> ABŞ Dövlət Departamenti Vaşinqton və Ankara arasında  Amerika mətbuatının  iddia etdiyi fikir ayrılığının olduğunu inkar edir.
 
APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, bu barədə  ABŞ Dövlət Departamentinin  nümayəndəsi Cen Psaki bildirib.
 
“Oxuduqlarınızın hamısına inanmayın, çünki Türkiyə nəinki NATO-nun mühüm müttəfiqidir, o, həmçinin, “İŞİD”-i zəiflədərək məhv etmək səylərimizdə əsas tərəfdaşımızdır”, deyə Psaki  Washington Post nəşrinin “İŞİD”-ə qarşı əməliyyat məsələsində  Vaşinqton və Ankara arasında ciddi fikir ayrılığının olması  barədə məqaləsini şərh edərkən qeyd edib.
 
Onun sözlərinə görə,  Vaşinqton Ankara ilə “İŞİD”-ə qarşı əlavə addımların atılması barədə aktiv dialoq aparır.
 





31.10.2014    çap et  çap et