525.Az

Ebola virusunun 20 milyon il yaşı var


 

Ebola virusunun 20 milyon il yaşı var<b style="color:red"></b> Ebola virusu ilə bağlı hər bir informasiya elm adamları üçün son dərəcə əhəmiyyətlidir. Ebola qızdırması yüksək dərəcədə yoluxucu olması və virusa yoluxanların arasında ölüm hallarının çox olması ilə fərqlənir. Hazırda Ebolaya qarşı vaksin üzərində iş davam edir.

525.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, tədqiqatçılar filoviruslar qrupundan olan Ebola virusunun quruluşunu öyrəniblər. Məlum olub ki, ən ölümcül viruslardan birinin inkişaf tarixi təqribən 20 milyon ili əhatə edir. Virusun ibtidai forması Miotsen dövründə əmələ gəlib.

Bu məlumatlar insanabənzər meymunların genotiplərinin analizi zamanı müəyyən olunub. Məlum olub ki, bu heyvanların DNT-sində dəyişikliklər hələ 16-23 milyon il əvvəl filoviruslardan birinin müdaxiləsi nəticəsində baş verib.

Əvvəllər alimlər güman edirdilər ki, Ebola virusu 10 min il əvvəl yaranıb, lakin Ebolanın strukturunun açılmasına və ona qarşı vaksin axtarışına yönələn iş bu virusun qəribə tarixini nümayiş etdirib.
 





30.10.2014    çap et  çap et