525.Az

Təhsil Nazirliyi ilə INDEX arasında memorandum imzalanıb


 

Təhsil Nazirliyi ilə INDEX arasında memorandum imzalanıb<b style="color:red"></b> Azərbaycan Təhsil Nazirliyi və baş ofisi İstanbulda yerləşən INDEX – Azərbaycanın İnsan Kapitalının İnkişaf Mərkəzi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.
 
Lent.az-ın məlumatına görə, memoranduma əsasən, tərəflər arasında Türkiyədə təhsil almaq üçün ilk dəfə həmin ölkəyə gedən tələbələrin təhsil müəssisəsi və yataqxana ilə tanışlıqlarına köməklik göstərilməsi, azərbaycanlı gənclərin peşə-ixtisas təcrübəsinə cəlb olunmaları istiqamətində fəaliyyətlərin həyata keçirilməsi, “2007-2015-ci illərdə Azərbaycan Gənclərinin Xarici Ölkələrdə Təhsili Üzrə Dövlət Proqramı”na qəbul prosesində  Türkiyə universitetləri üzrə namizədlərin seçilməsi prosesi başlıqları altında razılaşmalar əldə olunub.
 
Memorandum Təhsil Nazirliyinin Türkiyədəki təhsil müşaviri Nəcibə Nəsibova və INDEX – Azərbaycanın İnsan Kapitalının İnkişafı Mərkəzinin sədr müavini Abbas Məmmədov tərəfindən imzalanıb.
 
Hazırda Türkiyədə 8000-ə yaxın azərbaycanlı tələbə təhsil almaqdadır. Bütün tələbələrin vahid şəbəkədə birləşməyi və operativ fəaliyyət göstərməyi üçün INDEX-in Türkiyənin 45 şəhərində nümayəndəsi fəaliyyət göstərməkdədir.
 





30.10.2014    çap et  çap et