525.Az

Qırğızstan Prezidenti türkdilli dövlətlərin ağsaqqallar şuralarının rəhbərlərini qəbul edib


 

Qırğızstan Prezidenti türkdilli dövlətlərin ağsaqqallar şuralarının rəhbərlərini qəbul edib<b style="color:red"></b>

Qırğız Respublikası Prezidenti Almazbek Atambayev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv ölkələrin Ağsaqqallar Şurasının 8-ci iclasında iştirak etmək üçün Bişkekə səfər edən türkdilli dövlətlərin ağsaqqallar şuralarının rəhbərlərini qəbul edib.

Azərbaycanın Qırğızıstankı səfirliyindən 525.az-a verilən xəbərə görə, görüşdə Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov, TDƏŞ-in baş katibi Ramil Həsənov, müavini Adaxan Madumarov, Qazaxıstan Ağsaqqallar Şurasının sədri Adil Axmetov, Qırğızıstan Ağsaqqallar Şurasının sədri Beksultan Jakiyev və Türkiyə Respublikasının Qırğız Respublikasında Fövqəladə və Səlahiyyətli səfiri Mətin Kılıç iştirak ediblər.

Söhbət zamanı türk dünyası dövlətləri arasında mədəni-humanitar sahədə əməkdaşlığın müxtəlif aspektləri, TDƏŞ-in üzvü olan ölkələrin mədəni irsinin qorunması və inkişafı sahəsində gələcək fəaliyyət planı müzakirə olunub.

Prezident Almazbek Atambayev türkdilli ölkələrin mədəni əlaqələrinin dərinləşməsini və genişlənməsini vacib olduğunu qeyd edib.

Görüş iştirakçıları Ağsaqqallar Şurasının Bişkekdə keçirilən 8-ci yığıncağı haqqında Qırğızstan Prezidentinə ətraflı məlumat verib.

Prezident və görüş iştirakçıları İssık-Kulda baş tutan birinci Dünya Köçəri Oyunlarının türkdilli dövlətlər arasında mədəni dialoqun inkişafında böyük rol oynadığı vurğulayıblar.

 





30.10.2014    çap et  çap et