525.Az

Babək prospektində yeraltı piyada keçidinin tikintisi başa çatıb


 

Babək prospektində yeraltı piyada keçidinin tikintisi başa çatıb<b style="color:red"></b> Paytaxtın Babək prospekti ilə Telnov küçəsinin kəsişməsində tikilən yeni yeraltı piyada keçidinin tikintisi başa çatıb.
 

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətindən “APA-Economics”ə daxil olan məlumata görə, müasir standartlara uyğun inşa olunan  keçidin  uzunluğu 88, eni 8, hündürlüyü 3,20 metrdir.
 
“İki giriş - çıxışı olan keçiddə əlil arabalarının hərəkəti üçün xüsusi yer, müasir işıqlandırma sistemi, qrunt sularının kənarlaşdırılması üçün nasosxana quraşdırılıb”, - deyə məlumatda qeyd edilib.
 





30.10.2014    çap et  çap et