525.Az

Kəmaləddin Heydərov Qusarda vətəndaşları qəbul edib


 

Kəmaləddin Heydərov Qusarda vətəndaşları qəbul edib<b style="color:red"></b>

Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov Qusar şəhər Mədəniyyət Sarayının inzibati binasında Qusar, Quba, Xaçmaz, Şabran və Siyəzən rayonlarının sakinlərin, habelə həmin rayonlarda məskunlaşan məcburi köçkünlərin qəbulunu keçirib.

APA-nın şimal bürosunun məlumatına görə, qəbul edilən 22 vətəndaşın müraciətlərinin bir hissəsi yerindəcə həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.
 
Bundan başqa, kadr məsələləri ilə bağlı 151, digər məsələlərlə bağlı isə müraciət edən 108 vətəndaş nazir müavinləri, nazirliyin müvafiq baş idarə və qurum rəhbərləri tərəfindən qəbul olunub.

 





30.10.2014    çap et  çap et