525.Az

İgid kəşfiyyatçı


 

İgid kəşfiyyatçı<b style="color:red"></b>

Mənfur erməni faşistləri torpaqlarımıza xaincəsinə hücum edəndə silaha sarılaraq ayağa qalxan qorxubilməz, cəsur Azərbaycan övladları azğın düşmənə mərdliklə sinə gərib, müqəddəs Vətən yolunda öz canını, qanını əsirgəməyib. Ağcabədi rayonunun  Kürdlər kəndində dünyaya göz açan Seymur Əhməd oğlu Abışov da xalqımızın belə qəhrəman oğullarındandır.

Həmin qanlı-qadalı günlərdə digər Vətən övladları kimi Seymur da Milli Ordu sıralarına çağırılıb. Lakin ayağında ciddi problem olduğu üçün tibb komissiyası onu hərbi xidmətdən azad edib. Vətənə sonsuz sevgi bəsləyən, torpaq qeyrəti çəkən məğrur gənc bununla razılaşmayıb, rayon hərbi komissarlığına təkidlə müraciət edərək döyüşəcəyini bildirib.

Nəhayət, ciddi cəhddən sonra 1992-ci ilin iyulunda Seymur Abışovun Milli Ordu sıralarına qoşulmasına icazə verilib. O, kəşfiyyatçı kimi Laçın cəbhəsində torpaqlarımızın bütövlüyü uğrunda amansız döyüşlərə atılıb.

İgidliyinə, cəsarətinə şücaətlərinə görə Seymur qısa müddət ərzində əsgər yoldaşlarının komandirlərinin hörmət nüfuzunu qazanıb.

Xidmət etdiyi hərbi hissə  Laçın dəhlizinə nəzarət etdiyi üçün S. Abışov düşmənlə üz-üzə kəşfiyyat aparıb. Lakin onun verdiyi dəqiq koordinatlar əsasında ordumuz tərəfindən düşmən canlı qüvvə texnika sarıdan ağır itkilərə məruz qalıb.

Göstərdiyi bu igidliklərə görə cəsur döyüşçüyə serjant rütbəsi verilib.

Döyüş yoldaşları arasında Nəbi adlandırılan Seymur Abışovun rəhbərlik etdiyi kəşfiyyat dəstəsi Güləburt kəndi, Laçın dəhlizi Topağac yüksəkliyi istiqamətində hücum edən düşmənin xeyli sayda canlı qüvvəsini məhv edib, silah, döyüş sürsat qənimət  götürüb.

Həmin dövrdə Laçın dəhlizində düşmənin 33 maşından ibarət avtomobil karvanının məhv edilməsində Seymurun böyük xidməti olub. Qanlı döyüşlərin birində o, mühasirədən çıxaraq, ağır yaralanmış əsgər yoldaşını 6 kilometr məsafəyə çiynində aparıb   tibb məntəqəsinə çatdırmağa müvəffəq olub.

1993- ilin sentyabrında Seymur Abışovun xidmət etdiyi hərbi hissə Beyləqan istiqamətindəki döyüş zonasına çıxarılıb. Burada da düşmən hücumlarının qarşısının alınmasında, onun tank hərbi sursatının məhv edilməsində baş kəşfiyyatçı Seymur Abışov yüksək hərbi qabiliyyət nümayiş etdirib.

1993- il dekabr ayının 22- igid kəşfiyyatçı xidmət etdiyi hərbi hissənin rabitə əlaqəsini bərpa etmək tapşırığını yerinə yetirib geri dönərkən düşmən tərəfindən basdırılan minaya düşərək ağır yaralanıb. Sürünərək özünü hərbi hissəyə çatdırmasına baxmayaraq, həddindən çox  qan itirən qəhrəman döyüşçü şəhidlik zirvəsinə yüksəlib.

Müharibə illərində S. Abışovun igidlikləri dillər əzbərinə çevrilib, ölkə mətbuatında onun haqqında geniş yazılar dərc edilib. Xidmət etdiyi hərbi hissə Seymurun ən yüksək ada layiq olduğunu bildirib. Bunu həmin hərbi hissə rəhbərliyi tərəfindən Müdafiə Nazirliyinə göndərilən məktub Seymur haqqında döyüş yoldaşlarının söylədikləri aydın sübut edir.

Təəssüf ki, bu gün igid kəşfiyyatçının ailəsi ciddi problemlərlə üzləşib. Şəhidin 5 qardaşı onların övladları ixtisas təhsili olmalarına baxmayaraq heç yerdə işləmirlər. Özlərinin dediklərinə görə, ailə üzvlərinə məxsus 1987-ci ildə yaradılan "Əhmədiyyə" qoyunçuluq kooperativi bir vaxtlar bol ət, süd, yun məhsulları istehsal etsə , çoxdandır ki, fəaliyyətini dayandırıb. Təsərrüfatı bərpa etmək üçün ailə kredit ala bilmir. Odur ki, dolanışıq sarıdan çətinliklər içərisindədir. Şəhidin anası Şəndə Abışova ağır xəstədir , kəskin ürək-damar xəstəliyindən əziyyət çəkir. Övladları onun dərmanlarının haqqını  güclə ödəyə bilirlər.Abışovlar ailəsi köməklik  göstərilməsini xahiş edir.

Yəhya PAŞAZADƏ

 





30.10.2014    çap et  çap et