525.Az

Arzuların, ümidlərin, sevgilərin göy üzü...


 

RƏŞAD MƏCİDƏ AÇIQ MƏKTUB

Arzuların, ümidlərin, sevgilərin göy üzü...<b style="color:red"></b>

Hörmətli dostum Rəşad Məcid!


Bilmirəm
bu məktubu dərhal oxumağa vaxtın olacaqmı?! Çünki mən bilirəm ki, işin çoxdur, lap çox! Şair kimi!
Baş
redaktor kimi! AYB-nin katibi kimi! Jurnalist kimi! Dost kimi! Vətəndaş kimi! Ata kimi s ilaxır.


Səni
sənin gördüyün işləri düşünəndə yadıma Nazim Hikmətin bu misraları düşür:

 

...Məndən soruşulur indi,

Dünyanın halı, artıq!

İnsan Torpaq,

Qaranlıq aydınlıq.

Anladım ki, işim

Başımdan aşır!

 

bu misralara Füzulinin bir misrasını da əlavə etmək zorundayam:

 

...Hörmətim vacib bilir,

Hər kim bilir keyfiyyətim!

 

Mən sənin hansı gözəl keyfiyyətlərə malik olduğunu gözəl bildiyim üçün qələm götürüb beş-on kəlmə haqqında ürək sözlərimi yazmağı qərara aldım.


...
Təxminən 10 il bundan əvvəl Bakıda ağır cərrahiyyə əməliyyatından çıxmışdım. Gizlətməyəcəm, umduğum (xüsusən, qazaxlı olan) bəzi dostlarımdan heç biri yanıma dəymədi.


Şeirlərimdən
sənə göndərdim. Növbəti nömrədə çıxdığını görüb çox mütəəssir oldum, sənə zəng edib təşəkkürümü bildirəndə sən hiss etdin ki, səsim nəsə birtəhər çıxır.


Xəstəxanada
yatdığımı biləndə "Möhkəm ol! Vaxt tapıb yanına da gələrik" dedin. Mənsə bildirdim ki, çox sağ ol, əziyyət çəkmə, mən bu gün xəstəxanadan çıxıram...Bir ki, özün gələ bilməsən mənə olan sevgin, dost sədaqətin yanıma gəlib, məni yoxlayıb, hal-əhvalımı soruşub...


Sən
təkcə mənə ha belə olmamısan!


Sənin
diqqətinə, qayğıkeşliyinə, aydın  qətiyyətli mövqeyinə mənim kimi çoxları bələddi çoxları heyrandı.


O
günü gör ağlıma gəlib.


Hüseyn
Arifin 40 illik yaxın dostu Əsgər Rüstəmova yazdığı məktub. Yazır ki, Qazaxa gəlmişdim, səni görə bilmədim. İndi Fransaya gedirəm, darıxma, tez qayıdacam. Mən ayağı yüngül şairəm.


Sənə
ilk uğurlu yol yazanın Hüseyn Arif olduğunu mən yaxşı bilirəm.


Hüseyn
qağa özün görürsən  ki, əli-ayağı yüngül adam olub, kimə əli dəyibsə, nəfəsi toxunubsa o, irəli gedib.


Xalq
şairi Zəlimxan Yaquba da, mənə uğurlu yolu o yazıb.


Mən
hesab edirəm ki, bizim bir-birimizi bu dərəcədə yaxından duymağımızda, hiss etməyimizdə Hüseyn Arif
faktoru
da var.


Xalq
şairi, əziz ustadım Nəriman Həsənzadənin ikimizə həsr etdiyi şeirdə bizim  bilmədiyimiz gizli qəribə bir sirrin izlərini axtarmağa dəyər, məncə!


Kaş
məndə qüdrət olaydı, sənin rəsmini mən belə gözəl boyalarla çəkə biləydim:

 

Qazaxda görüblər Rəşad Məcidi,

Deyirlər, bircə gün qonaq olubdu.

Gəzdiyi, gördüyü kitab dükanı,

Yazdığı, pozduğu varaq olubdu.

 

Qazaxa Ağdamın nəfəsi gəlib,

Xudunun, Şahmarın əvəzi gəlib,

Dilində Qarabağ ləhcəsi gəlib,

Sözü bal qarışıq qaymaq olubdu.

...Vaqif Şuşa qalasında yaşadı,

Tarix yaşıdıdı, zaman yaşıdı.

Qazax Qarabağın can qardaşıdı,

El-elə söykənib oymaq olubdu...

 

Həmin şeirin son misrası belə bitir: "Barat, sənin qapın ocaq olubdu".


...
İndi sənə bu məktubu mən o ocaqdan yazıram. Sənin Qazaxda olduğun günü xatırlayıram "Milli kitab"  mükafatı verilməsi ilə bağlı keçirilən müsabiqəylə əlaqədar olaraq gəlmişdin.


Yeri
gəlmişkən, deməliyəm ki, milli ruh hardadısa sən həmişə ordasan. Dövlətimizin, dövlətçiliyimizin taleyiylə bağlı olan məsələlərdə , ədəbiyyatın inkişafı ilə bağlı tədbirlərdə , ədəbi gəncliyə verdiyin böyük dəstəyinlə !


Ölkə
prezidentinin qarşısındakı işıqla, nurla dolu mükəmməl çıxışlarınla da, Birliyimizin sədri, Xalq yazıçısı Anarın etimadını real əməllərinlə doğrultmaqla da!


Hörmətli
dostum!


Sən
artıq şairdən, yazıçıdan, publisistdən, jurnalistdən daha çox seçilən sevilən Azərbaycan
ziyalılarından
birisən!


Mənim
kitabxanamı bəzəyən kitablar içərisində sənin ilk şeirlər kitabın da var. Bu yaxınlarda 50 illiyinlə bağlı ayrı-ayrı mətbu orqanlarda təzə, silsilə şeirlərini oxudum. Çox sevindim. Gördüm ki, bir fikrimdə yanılmamışam. O fikri indi səninlə oxucularla da bölüşməyi qərarlaşdırdım.


Mən
bu fikirdəyəm ki, şair var ki, şeirləri çoxdur. Vəssalam!


Amma
şair var ki, şairliyi şeirlərindən çoxdur! Sən ikinci yolla getmisən həmişə düz etmisən.


"
Ulduz" da çıxmış şeirlərindən biri buna ən yaxşı misaldı:

 

dəniz görünür,

göydələnlər-Dumandı!

sən yanımdasan,

yaşatdıqların-Gümandı!

uçmağa göy var!

altında yer.

Qəzamdı!

 

Gözəldi! Orijinaldı! Əsl şair sözüdü! Bu misraları oxuyandan sonra Qulu Ağsəsin "nələr" çəkdiyini duydum, onun bu fikirinə şərik oldum: "Sən özünü necə gizləyə bilmisən?!"


Doğru
deyir. Sən uzun müddət təhər olub ki, şeir yazmamısan!?


Şeir
yazmadığına inandıra bilərsən bizi. Amma şair olaraq qaldığını, şairliyini qoruduğunu necə gizləyə bilərsən, axı?!


Başqaları
öz şeirləri çıxanda sevinir. Sən başqalarının şeirlərini, yazılarını sevə-sevə çap etdikcə sevinmisən!


"525-
ci qəzet"in layihələrindən biri kimi çap olunan kitabları demirəm hələ!


Yaratdığın
"Gənc Ədiblər" məktəbinin uğurları da öz yerində!


Hörmətli
qələm dostum!


Xəlil
Rza Ulutürk yazırdı:

 

Söz verib yerinə yetirən zaman,

Görmədim özümə bərabərini!

 

Mən səni belə gördüm. Öz sözünə, öz vədinə sadiq! Fransız yazıçısı Düma düz deyirmiş ki, azərbaycanlıların yazılı sənədi verdikləri sözdür.


Oljas
Süleymenov isə deyir ki, dünya sözə dönənəcən yazmaq lazımdır.


Bu
mənada sən özünü, həyatını, ömrünü-gününü sözə çevirmisən. Şair sözünə! Sənətkar sözünə! İnsan insanlıq sözünə.


Sənin
hər addımında bir sufiyanəlik var. Bu da mənsub olduğun Ocaqdan- seyid babanın ruhundan süzülüb
gəlir
.


İçində
20 il bundan əvvəl "fövqalədə vəziyyət" elan etməyə məcbur olduğun vaxtda, xüsusən, Şuşanın, Ağdamın getdiyi dövrdə özünü toparlamağı bacarmısan. "Azərbaycanın gələcək tarixində Ədəbiyyatın, sənətin aparıcı rolunun əbədi olduğuna inanıram" demisən. Çünki dediyim "fövqalədə vəziyyəti" çoxdan ləğv edib onu xalqa, Haqqa, Yola, Amala, Millətə, Bəşərə olan fövqaladə sevgiylə, Eşqlə əvəz etmisən.


Gözlərini
göy üzündən çəkmədən pıçıldamısan:

        

Gözlərində ulu göyü gəzdirər,

Ürəklərə işıq yayar, köz verər.

Arzuların göy üzüdü şairlər,

Ümidlərin göy üzüdü şairlər.

Sevgilərin göy üzüdü şairlər.  

 

səni bu illər ərzində o arzular, o ümidlər, o sevgilər qoruyub. "Asılıb sinəndən göz muncuğu tək".

belə qələm sahibləri öz-özünə xoşbəxt olmurlar. Əslində xoşbəxtlik özü axtarıb tapır onları.

Necə tapmasın?!

 

Dönüb göy üzünə üzü,

Günəşi gəzdirir gözü!

 

Əziz qələm dostum!

Yuxarıdakı misralarla öz rəsmini özün hamıdan yaxşı çəkmisən.

Bu rəsmin sahibinə çoxları minnətdardır.


Mən
göstərdiyin diqqət qayğılara görə, hər bir oxucuya, müəllifə göstərdiyin isti münasibətə görə, "525-ci qəzet"in timsalında böyük bir qəzetçilik məktəbi yaratdığına görə sənə öz minnətdarlığımı bildirirəm.


bu minnətdarlıq hisslərini sözlə dediyim kimi  "sazla" da demək istədim:

 

Bir dostum var, duaçıdır,

İstəyir hamı sağ olsun!

Dua edir ki, ölməsin,

Füzuli qəmi sağ olsun!

                                     

Yaşayır gör bir hayanda,

Həm Kanda, həm Məkanda.

İlahidən gələn Camda...

Cəmşidin Camı sağ olsun!

 

Şirin sözü Qarabağdır,

Odu, közü Qarabağdır.

Bəlkə özü Qarabağdır,

Yaşasın! Amin! Sağ olsun!

 

İtəni gəlin tapağın,

Vətəni gəlin tapağın.

Qar altda qalan papağın

Üstdəki qanı sağ olsun!

 

Kişi gərək ad daşısın,

Vətən!- deyə ölən kəsin,

Torpağı

 sanı yaşasın,

Torpağı sanı sağ olsun!

        

Yerə, göyə vurğun təki,

Olsun göyün, yerin təki!

Dilində yox, Ruhundakı

Dini, imanı sağ olsun!

 

Ürəyində söz qatarı,

Yurdun "Segah", öz "Qatar"ı.

Məscidlərin göyə sarı,

Qalxan əzanı sağ olsun!

 

Məndən aşıqmı olardı,

De heç Nəsimi olardı?!

Səndən aşiqmi olardı,

Pərvanə, Şamın sağ olsun!

 

Qalan nədi - Haqqdan qalan,

Qalan nədi - Ruhdan qalan!

Sağlıq budu: Nuhdan qalan,

O köhnə gəmi sağ olsun!

 

Bir dostum var; nədi dərdim!

Yolunda qurban gedərdim.

Mən ölsəm ölüm, gedim,

Rəşadın canı sağ olsun!

 





30.10.2014    çap et  çap et