525.Az

"Bizə qarşı qeyri-ciddi fikirlər səsləndirirlər"


 

"Bizə qarşı qeyri-ciddi fikirlər səsləndirirlər"<b style="color:red"></b>

"Bu gün çox adam İnsan hüquqları üzrə birgə qrupa can atır həmin qrupa düşməyənlər bizə qarşı qeyri-ciddi fikirlər səsləndirir". 

Belə bir açıqlama ilə hüquq müdafiəçisi Novella Cəfəroğlu sözügedən İşçi Qrupuna qarşı bir sıra hüquq müdafiəçilərinin tənqidi fikirlər səsləndirməsinə onları hakimiyyətlə birliyində günahlandırmasına münasibət bildirərkən çıxış edib.  Onun sözlərinə görə, artıq ortada nəticələr görünməkdədir,  lakin onların işlərinə mane olanlar var: "Biz bu qrupda ona görə işləyirik ki, xəstə olan məhbuslara, ailəsində problem olan məhbuslara kömək edək. Yəni bir nəticəyə gələk çıxaq. Ancaq ortaya belə məsələlər çıxdıqda biz heç nəyə nail ola bilmirik".

 Hüquq müdafiəçisi İşçi Qrupunda təmsil olunan hüquq müdafiəçilərinin bəzi müxalifət partiyaları tərəfindən ittiham olunmalarına sərt münasibət bildirib: "Bir tərəfdən deyirlər ki, "siyasi məhbuslar" azadlığa çıxmalıdır, bir tərəfdən bizi ittiham edirlər ki, hakimiyyətlə birliyinə gedirsiniz. Mən başa düşə bilmirəm, bunlar demək istəyirlər?! Hər hansı bir problemi həll etmək üçün hakimiyyətlə danışıqlara getmək lazımdır. Demək dialoq mühiti var ki, bizim isə danışmağımıza şərait yaranıb. İndi kimin xoşuna gəlmir, gəlməsin! Biz hər adamın sözü ilə oturub-durmuruq ki".  N. Cəfəroğlu ittiham edən tərəfin onlara hüquq müdafiəçiliyindən dərs keçmək ixtiyarlarının olmadığını da bildirib: "Biz uzun illərdir ki, bu yolun yolçusuyuq. Şəxsən mən, 24-25 ildir ki, hüquq müdafiəçiliyi ilə məşğul oluram. Ona görə bizə irad tutanlara bildirmək istəyirəm ki, çox şadam ki, həmin qrupdayam, çox şadam ki, mənim dostlarım o qrupdadır çox şadam ki, Azərbaycan cəmiyyətində isə bir addım atmağa nail olmuşuq, vəssalam!"  

Hüquq müdafiəçisi Arzu Abdullayeva isə bildirib ki, İşçi Qrupuna qarşı elə ciddi hücumlar yoxdur: "Ola bilsin ki, bəzi vətəndaş cəmiyyəti fəalları bu qrupun fəaliyyətinə inamsız yanaşırlar. Lakin gərək İşçi Qrupu davamlı qaydada işləməyə başlasın ki, nələrə nail olmasını göstərsin ki, onun fəaliyyəti ilə bağlı hər hansı bir iddialar, inamsızlıq fikirləri irəli sürülsün. Məhz bundan sonra baxmaq nəticə çıxarmaq olar ki, İşçi Qrupu yaxşı işləyir, yaxud da işləyə bilmir". A.Abdullayeva eyni zamanda xatırladıb ki, artıq İşçi Qrupu ilk uğurlu addımını atmağa nail olub: "Bir müsbət olub ki, bu da Hilal Məmmədovla bağlı idi. Bilirsiniz ki, onun öz qızının toyunda iştirak etməsinə icazə verilmişdi. Bunu isə artıq İşçi Qrupunun yaxşı fəaliyyət göstərməsi ilə əlaqələndirmək olar. Lakin bütün bunlara rəğmən, Qrupun mənfi, ya da müsbət tərəfi haqqında danışmaq məncə, tezdir".

Hüquq müdafiəçisi qeyd edib ki, İşçi Qrupunun fəaliyyətinin bərpası Avropa Şurasının baş katibi Turbyorn Yaqlandın təşəbbüsüdür: "İş ondadır ki, bu bizim təşəbbüsümüz deyil, Avropa Şurasının baş katibi Turbyorn Yaqlandın təşəbbüsüdür. Həm iqtidarın, həm vətəndaş cəmiyyətinin nümayəndələri bu təşəbbüsdən sonra birgə fəaliyyətə başlayıblar. Çünki birinci İşçi Qrupunun davamı kimi bizim Qrup da öz işini davam etməli idi. Digər tərəfdən, birinci İşçi Qrupunun fəaliyyətində müsbət işlər aparılmışdı. 373 nəfər azadlığa buraxılmışdı. Yəni bunu danmaq mümkün deyil. Ona görə nəticə çıxaranlar tələsməməlidirlər. Zaman hər şeyi göstərəcək. Çünki dialoq bu prosesdə çox mühüm bir faktordur".  

Qeyd edək ki, Azərbaycanda insan hüquqları üzrə işçi qrupunun fəaliyyəti oktyabrın 22- bərpa edilib, işçi qrupunun keçirilən iclasında təşkilati məsələlər müzakirə edilib, qrupun həmsədrləri katibləri seçilib. Qrupun həmsədrləri Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə şöbəsinin müdiri Fuad Ələsgərov Azərbaycanın PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, katibliyə isə hüquq müdafiəçiləri Səadət Bənənyarlı Sahib Məmmədov seçiliblər. Həmçinin qrupun adı dəyişdirilərək İnsan Hüquqları üzrə Birləşmiş Qrup adlanıb. 2005-2008-ci illərdə fəaliyyət göstərmiş, Azərbaycan vətəndaş cəmiyyətinin hakimiyyətinin nümayəndələrindən ibarət birgə işçi qrupu Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Avropa Şurasının baş katibi Torbörn Yaqlandın təşəbbüsü ilə fəaliyyətini bərpa edib.

PƏRVANƏ

 





30.10.2014    çap et  çap et