525.Az

"Yüksək ixtisaslı kadrlarsız dövlətin inkişafı mümkün deyil"


 

Millət vəkili, AMEA-nın müxbir üzvü Gövhər Baxşəliyevanın "525"ə müsahibəsi

"Yüksək ixtisaslı kadrlarsız dövlətin inkişafı mümkün deyil" <b style="color:red"></b>

- Gövhər xanım, bugünlərdə Prezident Adminstrasiyasının (PA) rəhbəri, akademik Ramiz Mehdiyev Dövlət İdarəçilik Akademiyasında bu ali məktəbin 15 illik yubileyi münasibətilə keçirilən iclasda çıxışı zamanı bir çox mühüm məsələlərə toxunub. İstərdik ki, bir elm adamı, bir ziyalı, bir vətəndaş kimi həmin məsələlərə münasibətinizi bildirəydiniz...

- Həqiqətən Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin oktyabrın 25- Dövlət İdarəçilik Akademiyasında akademiyanın 15 illik yubileyinə həsr olunan Elmi Şuranın islasında çıxışı mənim diqqətimi çox cəlb etdi. İlk növbədə ona görə ki, dövlət səviyyəsində, belə yüksək səviyyədə ölkənin mənəvi-intellektual sahəsində mövcud problemlərə toxunulub. Əlbəttə, Ramiz müəllim çıxışında ilk öncə ölkədə əldə edilən nailiyyətlərdən danışıb. Çünki doğrudan da nailiyyətlərimiz çoxdur, bunu heç kim inkar edə bilməz. Amma bunlarla bərabər bu gün ölkəmizdə müəyyən problemlər var bu problemlər haqqında da hörmətli akademikimiz tam səmimi bir söhbət aparıb. Eyni zamanda, təəssüflər olsun ki, bəzi mətbuat orqanlarında bu çıxışın müxtəlif cümlələri kontekstdən çıxarılaraq təhrif olunmuş şəkildə təqdim olunur. Halbuki bu, belə deyil. Həmin çıxışda yalnız yalnız Azərbaycan cəmiyyətində bu gün mövcud olan problemlərdən səmimi şəkildə söhbət açılır ki, bütün cəhdlərimizi, səylərimizi birləşdirib həmin o problemlərin həllinə yönəldək. Ümumiyyətlə, həmin çıxışda cəmiyyət üçün son dərəcə aktual məsələlərə toxunulub. Mən deyərdim ki, hətta, həyati əhəmiyyət daşıyan məsələlərə toxunulub. Çıxışda bu gün bizim cəmiyyətdə gedən proseslərə tam adekvat reaksiya verilib. Mən bu səmimiyyətə, ölkədə gedən bu proseslərə bu cür həssaslıqla yanaşdığına görə Ramiz müəllimə çox minnətdaram. Çünki bu problemlər biz ziyalıları da çoxdan narahat edir.

- Çıxışda dövlət idarəçiliyinin müxtəlif sahələrində ən yeni metodlara yiyələnmiş yüksək hazırlıqlı kadrların yetişdirilməsi zəruriyyətinə toxunulur. Sizcə, bu zəruriyyət, bu narahatlıq nədən irəli gəlir?

- Doğrudan da, müvafiq kadrlar olmayanda dövlətin gələcək inkişafı sual altına düşür. Dövlətin kadrlarsız inkişafı mümkün deyil, xüsusilə , dövlət idarəçiliyinə aidiyyəti olan kadrların. Akademik Ramiz Mehdiyev çıxışında bu gün həm yüksək ixtisaslı kadrların çatışmazlığından, həmçinin, kadr qıtlığından danışıb. Onun da vurğuladığı kimi, həm nazirliklər, həm Prezident Administrasiyası, həm digər yerli hakimiyyət orqanları bu gün yüksək ixtisaslı kadr problemi ilə üzləşirlər. O, daha sonra qeyd edib ki, "biz hamımız müasir idarəetmənin incəliklərinə bələd olan hazırlıqlı kadrlara ehtiyac duyuruq". Bu fikirləri elə bilirəm ki, təkcə idarəçilik sisteminə yox, eyni zamanda, həm elmə şamil etmək olar. Bilirsiniz, indi həyat çox dinamikdir, hər gün dəyişikliklər baş verir, yeniləşmə prosesi gedir bu baxımdan, kadrlar elə yetişdirilməlidir ki, onlar həyatımıza yeni daxil olan o yeniliklərin özünü, onların ruhunu, fəlsəfəsini tam qavraya bilsin o yeniliklərdən istifadə edə bilsin. Yəni, onlar ömür boyu öz təhsillərini artırmalıdırlar. Bunsuz bu gün inkişaf yoxdur. Doğrudan da, istənilən kadr qədər gözəl təhsil alsa da belə, zaman-zaman təkmilləşməyə böyük ehtiyac yaranır.

- Çıxışda maraqlı məqamlardan biri odur ki, R.Mehdiyev sovet dövrünü xatırlayır, o dövrün bir sıra üstünlüklərini nəzərə çatdırır.

- Tamamilə, doğrudur. O, eyni zamanda qeyd edir ki, o dövlətin totalitar olmasına baxmayaraq, ideoloji buxovlarla yanaşı, o zaman insanların sosial müdafiəsi daha güclü təmin olunmuşdu onların maarifləndirməyə, mədəni proseslərə cəlb olunması, digər məsələlər özünün kifayət qədər düzgün həllini tapmışdı. Mən isə o dövrdəki qadın siyasətini bura əlavə edərdim. Çünki qadın siyasəti ilə bağlı sovet dövrünün çox gözəl nailiyyətləri olub. Amma akademikin bildirdiyi kimi, bu dövr artıq tarixə qovuşub, bununla belə, insanlarla söhbət zamanı görürük ki, onların çoxu hələ cəmiyyət, sosial ədalət, iqtisadi problemlər, digər məsələlərlə bağlı düşünərkən, marksizm ideologiyasından çıxış edirlər məmurlarımız da bu baxımdan, heç istisna təşkil etmir. Həqiqətən belədir. Bir çox insanlar bizdə hələ həmin o sovet dövründə mövcud olan kateqoriyalarla düşünməyə davam edirlər. Halbuki həyat yenilənir, ancaq həmin insanlar yeni şəraitə uyğunlaşa bilmirlər...

- PA rəhbəri virtual məkan haqqında da öz fikirlərini bildirir, xüsusən , gənclərin həyatlarının çox hissəsinin həmin o virtual məkanda keçirdiklərini qeyd edir...

- Təəssüf ki, bu həqiqətən belədir. Gənclərimiz internetin əsirinə çevrilirlər. Bu baxımdan nəsə bir mexanizm düşünüb tapmalıyıq, nəsə bir yollar aramalıyıq ki, insanlarımızın virtual məkandan bu qədər böyük asılılığını bir qədər azaldaq. Çünki bəzi insanlar, xüsusilə, gənclər bütün vaxtlarını buna sərf edirlər. Xüsusən nəzərə alsaq ki, o virtual məkanda, internetdə gedən məlumatlar heç həmişə doğru-düzgün deyil, heç həmişə reallığı əks etdirmir bunun özü bəzən nəticə etibarı ilə həmin insanlara, yeniyetmələrə, gənclərə çox mənfi təsir edir. Sirr deyil ki, gənc yaşında insan heç həmişə həqiqətlə yalanı ayıra bilmir, yalanı doğrudan seçə bilmir. Ona görə bu kimi məsələlərdə biz bir qədər diqqətli, ehtiyatlı olmalıyıq.

- R.Mehdiyev çıxışında eyni zamanda, ölkədə dindarlıqla bağlı narahatçılığını bildirir, hətta, orada bəzi rayonlarda qızların oğlanlarla müqayisədə qədər az qəbul komissiyasına sənəd vermələri qeyd olunur.

- Bu da bugünkü reallıqdır. Mən özüm hər zaman müsahibələrimdə bu haqda danışıram, deyirəm ki, bəzi valideynlər qızları özləri məktəb təhsilindən yayındırırlar, hətta, müəyyən sinifdən sonra onları məktəbdən çıxarıb ərə verirlər. Bu deməkdir? İrəli getməkdənsə, biz geriyə doğru addım atırıq! Çıxışında da Ramiz müəllim narahatlıqla bildirir ki, "mən bilərəkdən məsələni belə kəskin qoyuram ki, qadınları ümumən cəmiyyətimizi təzədən cəhalətə, mövhumata, aqressiv dindarlığa sürükləmə prosesinin dərəcədə təhlükəli olduğunu diqqətinizi cəlb edim". Doğrudan da, qadınlarımız sanki geriyə doğru gedir, hicab, çadra məsələsi, erkən nikah sairə məsələlər bu gün heç ürəkaçan deyil. Düşünürəm ki, bu sahələrdə bütövlükdə cəmiyyətimiz bu proseslərə müqavimət göstərə bilməsə, irəlidəki illərdə biz daha da böyük geriləmə müşahidə edəcəyik. Biri var ki, qadın dindarlığı, hicabı tam könüllü, ürəyinin səsi ilə, əqidəsinin hökmü ilə seçə, biri var ki, evdə ailənin, ananın, qardaşın, atanın təsiri ilə, təkidi ilə örtünə. Təəssüf ki, belə təsir halları çoxdur. Odur ki, akademik öz çıxışında bütün ziyalılarımızın narahatlığını ifadə edərək deyir ki, "bəzən böyük ağrı mənəvi iztirabla özüm-özümə sual verirəm. Yəni, bu xalqın Sabiri, Mirzə Cəlili, Cəfər Cabbarlısı olmayıb? Yəni "Molla Nəsrəddin" jurnalı bu məmləkətdə çap olunmayıb? Doğrudanmı, Üzeyir bəyin vaxtilə gülüş hədəfinə çevirdiyi hallar cəmiyyətimizdə yenidən qayıdır?" Şəxsən mən hörmətli akademikimizin narahatçılığını bölüşərək hesab edirəm ki, ümumilikdə yollar axtarmalıyıq ki, bu cür geriləmələrin qarşısını vaxtında ala bilək. Bunu bu gün etməsək, sabah gec ola bilər.

- Çıxışda tədris müəssisələrində təhsil mühitinin get-gedə zəifləməsindən danışılır.

- Bu məsələ ilə bağlı bir məqamı diqqətinizə çatdırmaq istəyirəm. Bu yaxınlarda Bərdə İmamzadəsinə həsr olunmuş konfrans keçirildi. Mən o konfransda iştirak edirdim. Həmin konfransdan çıxanda cavan bir oğlan yaxınlaşdı, dedi ki, nəinki tələbələrin mədəni səviyyəsinin, hətta, bizim müəllimlərin mədəni səviyyəsinin artmasına böyük ehtiyac var bununla bağlı layihə hazırlayıb Bilik Fonduna təqdim etmək fikrindədir. Şəxsən mən həmin fikri çox bəyəndim. Çünki doğrudan, bəzən görürsən ki, müəllimin səviyyəsi elədir ki, heç onu auditoriyaya bəlkə qoymaq olmaz. Yəni, o, öz mürtəce, geridə qalmış fikirləri ilə gənc nəsli irəliyə aparmaqdansa, geriyə aparır.

- R.Mehdiyev onu da qeyd edir ki, Azərbaycan cəmiyyətində dinlə bağlı kifayət qədər mürəkkəb proseslər gedir. Siz bu haqda deyərdiniz?

- Mən şəxsən həmin fikirləri bölüşürəm. Məsələn, Suriyaya gedən insanlar təkcə böyük təzminat müqabilindəmi oraya gedirlər? İnanmıram. Bəzən onları o yerlərə hansısa "ideya" aparır. Ancaq biz bunun səbəbini tapıb müəyənləşdirməliyik ki, bu ideyanı o harda qavrayır? Kim bu adama təsir edir? Bunlar hamısı təhlil olunmalıdır, ideoloji sahədə böyük işlər aparılmalıdır. Bu baxımdan mən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yeni rəhbərliyinə Azərbaycan Prezidenti yanında yeni yaradılmış Bilik Fonduna böyük ümidlər bəsləyirəm. Yeri gəlmişkən, akademik vaxtaşırı cəmiyyəti, ictimai həyatı tədqiq etmək üçün sosioloji sorğuların aparılmasının zərurətini vurğulayır. Çünki həqiqətən cəmiyyətin bütün meyllərini öyrənmək üçün həmin o sosioloji sorğuların böyük əhəmiyyəti var Ramiz müəllim qeyd edir ki, bütün bu narahatlıqlardan qurtarmaq üçün müvafiq fəaliyyət proqramı işlənib hazırlanmalı həyata keçirilməlidir. Yəni, burada bütün ziyalılar öz sözünü deməlidir. Düşünürəm, bəlkə müəyyən qəzetlərdə bir rubrika açılmalıdır ki, Ramiz müəllimin çıxışı ilə əlaqədar cəmiyyətdə tanınan ziyalılar, mütərəqqi fikirli işıqlı insanlar öz fikirlərini bildirsinlər. Öz mövqelərini ortaya qoysunlar, hörmətli akademik tərəfindən qoyulmuş suallara cavab versinlər. Çünki bu cavablar həqiqətən hörmətli akademikimizin dediyi kimi, "Azərbaycanın sabahkı inkişafını şərtləndirən müəyyən edən taleyüklü məsələlərlə bağlıdır". Şəxsən mənim bununla bağlı bir sıra təklif mülahizələrim var yaxın zamanlarda bu mülahizələrimi bölüşəcəm.

Kamil HƏMZƏOĞLU

 





30.10.2014    çap et  çap et