525.Az

"Belə mövqe nə ABŞ-a, nə də ayrı-ayrı təşkilatlara başucalığı gətirir"


 

"Belə mövqe nə ABŞ-a, nə də ayrı-ayrı təşkilatlara başucalığı gətirir" <b style="color:red"></b>

"Belə mövqe ABŞ-a, onun nəzarəti altında fəaliyyət göstərən ayrı-ayrı təşkilatlara başucalığı gətirir".

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Zahid Oruc ABŞ Dövlət Departamentinin sözçüsü Cen Psakinin Dilqəm Əsgərov Şahbaz Quliyevin Kəlbəcərdə ermənilər tərəfindən girov götürülməsi üzərlərində qondarma "məhkəmə" qurulması ilə bağlı suala cavabını şərh edərkən deyib.

Qeyd edək ki, oktyabrın 28- ABŞ Dövlət Departamentinin sözçüsü Cen Psaki jurnalistlər üçün keçirilən ənənəvi brifinqdə separatçı Dağlıq Qarabağ rejimi tərəfindən azərbaycanlı girovlar Dilqəm Əsgərov Şahbaz Quliyev üzərində qurulmuş "məhkəmə" prosesinə münasibət bildirməkdən imtina edib. O, fikrini belə əsaslandırıb ki, "bu işlə bağlı bizdə kifayət qədər məlumat yoxdur".

Z.Oruc deyib ki, bu hal ABŞ-ın dövlət siyasətində ikili standartların, ayrı-seçkiliyin əyani göstəricisidir: "Yadınızdadırsa, bu il avqustun əvvəlində erməni diversiya qruplarının təxribatları nəticəsində  Azərbaycan-Ermənistan dövlət sərhədində qoşunların təmas xəttində vəziyyət kifayət qədər gərginləşdi. Həmin vaxt Tovuz rayonu ərazisində sərhədi keçmək istəyən erməni diversiya qrupunun 3 üzvü məhv edildi, Karen Petrosyan adlı digər dəstə üzvü isə saxlanıldı. Saxlanılan şəxs avqustun 8- dünyasını dəyişdikdən dərhal sonra ABŞ Dövlət Departamenti bəyanatla çıxış edərək Karen Petrosyanın ölüm xəbərinə görə dərin narahatlıq hissi keçirdiyini bildirmiş, onun yaxınlarına başsağlığı vermişdi. Təəssüf ki, ABŞ artıq bir neçə aydır, öz doğma torpaqlarını ziyarət edərkən öldürülmüş Həsən Həsənov girov götürülmüş Dilqəm Əsgərov Şahbaz Quliyevlə bağlı məsələyə münasibət bildirmir, hələ bu azmış kimi Dövlət Departamentinin rəsmisi bu haqda məlumatlarının olmadığını deyir. Bu, ikili standartlar, ayrı-seçkilik erməni təəssübkeşliyi deyilmi?"

Deputat qeyd edib ki, ABŞ rəsmisinin "məlumatsızlığı" həm təəccüb doğurur: "Dövlət Departamenti, bu ölkənin ayrı-ayrı təşkilatları Azərbaycanda bu ya digər qanun pozuntularına görə həbs olunmuş bəzi şəxslər haqqında öz maraqlarına uyğun "müfəssəl məlumatlılıq" nümayiş etdirir, ardı-arası kəsilməyən bəyanatlar verir, onların işini siyasiləşdirir. Elə təsəvvür yaranır ki, sanki Leyla Yunusun, Rəsul Cəfərovun, İntiqam Əliyevin bəzi digər şəxslərin işi ABŞ-ın xarici siyasətinin əsas məsələsini təşkil edir. Tam əminliklə deyə bilərəm ki, "Human Rights Watch", "Freedom Hause", "Amnesty İnternational" digər bu kimi təşkilatlar konkret təlimatlar əsasında Azərbaycanı hədəfə götürür, müxtəlif tədbirlər təşkil edir bəyanatlar verirlər. Amma Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan ərazilərinin işğalı faktı, ölkəmizin milli maraqlarına gəldikdə, onlar ya dərin susqunluq məlumatsızlıq nümayiş etdirir, ya da növbətçi ifadələrlə suallardan yayınırlar. Hesab edirəm ki, belə mövqe ABŞ-a, onun nəzarəti altında fəaliyyət göstərən ayrı-ayrı təşkilatlara başucalığı gətirmir".

 





30.10.2014    çap et  çap et