525.Az

Prezident Xorvatiyanın baş nazirinin birinci müavinini qəbul edib


 

Prezident Xorvatiyanın baş nazirinin birinci müavinini qəbul edib<b style="color:red"></b> Prezident İlham Əliyev Xorvatiyanın baş nazirinin birinci müavini, xarici və Avropa işləri üzrə naziri Vesna Pusiçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

525.az-ın məlumatına görə, görüşdə Azərbaycan ilə Xorvatiya arasında son illər ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə dinamik inkişafından məmnunluq ifadə olunub.

Enerji sahəsində əməkdaşlıq üçün yaxşı imkanların olduğu bildirildi və bu baxımdan “Cənub” qaz dəhlizinin əhəmiyyəti vurğulanıb.

Söhbət zamanı Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıq və qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
 





30.10.2014    çap et  çap et