525.Az

Vergilər naziri Salyanda qəbul keçirib


 

Vergilər naziri Salyanda qəbul keçirib<b style="color:red"></b> Vergilər naziri Fazil Məmmədov Salyan rayonu, eləcə də Neftçala və Saatlıdan olan vətəndaşlar üçün qəbul keçirib.
 
Nazirlikdən Lent.az-a verilən məlumata görə, vergilərin hesablanması, ödənilməsi, nəzarət kassa aparatlarının tətbiqi, vergi borcları, vergi nəzarəti tədbirləri sahəsində sahibkarların qarşılaşdıqları problemlər, vergi ödəyicilərinə göstərilən xidmətlər, kiçik sahibkarlığa güzəştli kreditlərin verilməsi, vergi orqanlarına işə qəbul və digər məsələlərlə bağlı 40-dan çox vətəndaşın müraciətinə baxılıb.

Qəbul zamanı qaldırılan problemlərin əksəriyyəti yerindəcə həll olunub, müraciətlərin bir qismi nəzarətə götürülüb, digərlərinin araşdırılması və lazımi tədbirlərin görülməsi ilə bağlı müvafiq tapşırıqlar verilib. Qəbula gələn vətəndaşlar onlar üçün yaradılmış bu imkandan razı qaldıqlarını bildirib.
 





30.10.2014    çap et  çap et