525.Az

814 nəfər işlə təmin edilib


 

814 nəfər işlə təmin edilib<b style="color:red"></b> Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Xidməti tərəfindən cari ilin ötən dövründə sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən 814 nəfər vətəndaşın məşğulluğu təmin edilib.

Nazirlikdən Lent.az-a verilən məlumata görə, həmin şəxslərin 172  nəfərini yetkinlik yaşına çatmamış uşaqları tərbiyə edən tək və çoxuşaqlı valideynlər, 191 nəfərini əlillər, 172 nəfərini qaçqın və məcburi köçkünlər, 148 nəfərini 20 yaşadək gənclər, 32 nəfərini müharibə veteranları təşkil edib. Həmçinin şəhid ailəsi üzvləri olan 20 nəfər, penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş 19 nəfər, sağlamlıq imkanları məhdud uşaqları tərbiyə edən 22 nəfər, pensiya yaşına 2 ildən az qalmış 38 nəfər şəxs də kvota üzrə iş yerləri ilə təmin olunub.
 
Xatırladaq ki, cari ilin ötən dövründə ƏƏSMN tərəfindən məşğulluğu təmin edilən vətəndaşların ümumi sayı  22700 nəfər təşkil edib.
 





30.10.2014    çap et  çap et