525.Az

Dərman preparatlarının içlik vərəqələrində ciddi dil qüsurları var


 

Dərman preparatlarının içlik vərəqələrində ciddi dil qüsurları var<b style="color:red"></b>

"İdxal edilən ərzaq, dərman, məişət digər malların üzərində Azərbaycan dilində yazılar verilməlidir, həm bu yazılar ədəbi dilimizin qaydalarına uyğun olmalıdır".

Bu fikirlər dünən AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda dərman preparatlarının dili ilə bağlı keçirilən müzakirədə səsləndirilib.

Müzakirədə çıxış edən institutun direktoru, akademik Tofiq Hacıyev  Azərbaycan dilinin işlənməsi ilə bağlı Dövlət Proqramına uyğun olaraq dərman preparatlarının içlik vərəqələrinin monitorinqinin nəticələri barədə danışıb. O qeyd edib ki, Səhiyyə Nazirliyi bu sahədə xeyli faydalı işlər  görür, amma buna baxmayaraq hələ dərman içliklərində kifayət qədər dil qüsurları qalır. Həmin qüsurların leksik, qrammatik, həm üslubi səviyyələrdə müşahidə olunduğunu diqqətə çatdıran akademik problemin həlli ilə bağlı xeyli işlərin görülməli olduğunu bildirib.

Monitorinq şöbəsinin müdiri, professor Qulu Məhərrəmli ölkəyə idxal olunan dərman preparatlarının dilinin həddindən artıq ağırlığını qeyri-praktikliyini, onların terminlərlə çox yüklənməsini, yersiz təkrarlara, dolaşıq cümlələrə yol verildiyini qeyd edərək, bunun daha çox uğursuz  tərcümə ilə bağlı olduğunu diqqətə çatdırıb.

Səhiyyə Nazirliyi "Farmakoloji Farmakopeya" şurasının əməkdaşları -  tibb elmləri namizədi İbrahim Rəhimov Fatimə Hüseynova təmsil etdikləri qurumun bu istiqamətdə gördüyü sistemli  işlər barədə  məlumat verərək müzakirə olunan problemə  öz münasibətlərini bildiriblər. Tərcüməçilərin ölkəyə dərman gətirən, lakin bir çox hallarda içlik vərəqələrində preparatların zərərli təsirlərini gizlədən firmaların bu məsələdə məsuliyyətinin artırılması vurğulanıb.

Polemika şəraitində keçən toplantının sonunda Səhiyyə Nazirliyi ilə Dilçilik İnstitutunun mütəxəssisləri arasında əməkdaşlığın genişləndirilməsi qərara alınıb.

 





30.10.2014    çap et  çap et