525.Az

IV Azərbaycan-Türkiyə Akademik Tibb və Tarix konfransı keçirilib


 

TÜRKİYƏDƏN GƏLMİŞ HƏKİMLƏR QARABAĞ BÖLGƏSİNDƏ BEYNƏLXALQ QARABAĞ UNİVERSİTETİNİN YARADILMASINI TƏKLİF EDİBLƏR

IV Azərbaycan-Türkiyə Akademik Tibb və Tarix konfransı keçirilib<b style="color:red"></b>

 

 

Azərbaycanlıların digər Türk Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) Türkiyə Gastreonteroloji Vakfının birgə təşkilatçılığı, Azərbaycan Mətbuat Şurasının dəstəyi ilə Qarabağ bölgəsində - Xocavənd qəsəbəsində "IV Azərbaycan-Türkiyə Beynəlxalq Akademik Tibb Tarix Konfransı" keçirilib. Konfransda Bakıdan Türkiyədən gəlmiş alim həkimlərlə yanaşı, Bərdə, Beyləqan, Xocavənd, Füzuli, Ağdam, Tərtər, Goranboy, Naftalan Xocalıdan olan həkimlər iştirak edirdilər.

Konfransın açılışında çıxış edən Xocavənd rayon icra hakimiyyəti başçısının müavini Rəfael Mustafayev belə bir tədbirin xocavəndli məcburi köçkünlərin məskunlaşdığı qəsəbədə keçirilməsinə təşkilatçılara minnətdarlığını bildirib.

ATXƏM-in sədri İlham İsmayılov konfransın keçirilməsində əsas məqsədin Qarabağ bölgəsinin həkimlərinin qastroentoloji, ağciyər, böyrək xəstəlikləri səhiyyənin digər aktual məsələləri ilə bağlı Türkiyədən gəlmiş mütəxəssislərlə təcrübə mübadiləsi aparmasından ibarət olduğunu qeyd edib. Türkiyə Azərbaycan həkimləri arasında əlaqələrin genişlənməsində, tibbi biliklərin təkmilləşdirilməsində tədbirin əhəmiyyətini yüksək qiymətləndirib.

ATXƏM-in sədri qeyd edib ki, son dövrlər Azərbaycanda tibb işçilərinin ixtisaslarının artırılmasına əhəmiyyətli dərəcədə fikir verilir. "Bununla belə, həkimlərin geniş kontingentinin, xüsusən bölgələrdə çalışan həkimlərin beynəlxalq səviyyəli təcrübəsi Bakı ilə müqayisədə bir qədər aşağıdır. Fərdi qaydada bölgələrdən beynəlxalq elmi-praktiki konfranslarda iştirak edənlərin sayı da çox azdır hətta yox dərəcəsindədir. Bütün bunları nəzərə alaraq, ATXƏM Azərbaycanın bölgələrində, xüsusən Qarabağ bölgəsində çalışan tibb işçilərinin beynəlxalq təcrübə ilə tanış etmək üçün Konfransın bu ərazidə keçirilməsini məqsədəuyğun sayıb.

Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Qafar Əliyev Azərbaycan Türkiyə arasında qardaşlıq münasibətlərindən danışaraq, tədbirin Qarabağda, cəbhə bölgəsində keçirilməsinin siyasi əhəmiyyət kəsb etdiyini bildirib. Q.Əliyev qeyd edib ki, Türkiyə Qastreonteroloji Vakfı zamanın çağrışına səs verərək, Türk Dünyasının birliyinə nail olmaq kimi böyük ideala öz töhfəsini səhiyyə sahəsində qazanılmış qabaqcıl təcrübənin bütün Türkdilli dövlətlərə yaymaq kimi nəcib təşəbbüs göstərib, bu istiqamətdə artıq bir neçə mötəbər elmi konfrans seminarlar keçirib. "İndi isə Türkiyə Qastreonteroloji Vakfı ilə ATXƏM yeni bir nəcib təşəbbüs göstərərək, bu konfransı Qarabağ bölgəsində təşkil ediblər. Bu toplantıda əsas məqsəd Türk dünyasının ortaq problemi olan qədim Qarabağ torpağının sosial-iqtisadi həyatında elm, təhsil, mədəniyyət, tibb digər sahələrdə əldə etdiyi nəaliyyətlərlə tanış olmaq həmçinin Qarabağ bölgəsində qastreonteroloji sahədə çalışan həkimlərə faydalı məsləhətlər vermək, onlarla fikir mübadiləsi aparmaqdır".

Türk Qastroenteroloji Dərnəyinin sədri professor Ali Özden vurğulayıb ki, mütəmadi keçirilən konfranslar Azərbaycan Türkiyə həkimləri arasında təcrübə mübadiləsi, tibb sahəsində əməkdaşlıq üçün gözəl imkanlar yaradır. Ali Özden qeyd edib ki, elmdə irəliləməyin yolu elimdə irəli getmiş ölkələrin yol xəritəsini izləməkdən keçir. Bu gün bilik texnolojidə öndə olan ölkələrdə orqan xəstəlik bazında uzmanlaşma gündəmə gəlib. "Biz Tibbin Cümhuriyyətlərimizin elmin simgəsi olduğunu anlamalıyız. Ağıl elm yolunda aydınlanma sürəcini hər pahasına olursa-olsun davam etdirməliyiz".

Sonra Türkiyədən Azərbaycandan olan mütəxəssis həkimlərin məruzələri dinlənilib.

Məruzəçilərdən professorlar - Tanqut İlter, Yılmaz Çakaloğlu, Ahmet Musaoğlu, Ömer Özütümiz, Nuru Bayramov Zeyqəm Süleymanov tibb sahəsindəki yeniliklərlə bağlı məlumat verərək, öz bilik təcrübələrini bölüşüblər.

Tədbirdən sonra Türkiyədən gəlmiş həkimlər Xocavənd rayon xəstəxanasında seanslar təşkil etmiş, bölgədən olan xəstələri müayinə ediblər.

Konfransın ikinci günü "Qarabağ: tarixi, bu günü problemləri" mövzusu müzakirə olunub.

Mətbuat Şurasının sədri Əflatun Amaşovun moderatorluğu ilə keçirilən tədbirdə əvvəlcə "Ya Qarabağ, ya ölüm" Əli bəy Hüseynzadənin 150 illik yubileyi ilə bağlı hazırlanmış "Həqiqətin böyüyü" filmləri nümayiş olunub.

ATXƏM-in sədri İlham İsmayılov bildirib ki, konfransın Qarabağda, xocavəndli məcburi köçkünlərin məskunlaşdıqları qəsəbədə keçirilməsinin əhəmiyyəti böyükdür. Qarabağ təkcə buradan köçkün düşmüş insanların deyil, bütün türk dünyasının nisgilidir.

Türk Gastroenteroloji Dərnəyinin sədri professor Ali Özden bildirdi ki, türk dövlətlərinin problemlərinin həlli üçün ilk növbədə dildə, fikirdə, işdə birlik olmalı, təhsilə xüsusi fikir verilməlidir.

Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Qafar Əliyev, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, "Xocavənd" qəzetinin redaktoru Gültəkin Ağayeva konfransda çıxış edərək, qədim Azərbaycan torpağı olan Qarabağın zəngin tarixindən danışdılar. Çıxışlarda, həmçinin Qarabağ xanlığının yaranmasından, XIX əsrin birinci yarısından başlayaraq çar Rusiyası tərəfindən bu bölgədə məskunlaşdırılan ermənilərin XX əsrdə baş qaldıran ərazi iddialarından, Ermənistanın hərbi təcavüzü nəticəsində Qarabağın dağlıq hissəsinin ətraf rayonların işğal edilməsindən söhbət açılıb.

Tədbirdə Türkiyədən gəlmiş alim həkimlər bölgədə Beynəlxalq Qarabağ Universitetinin yaradılması təşəbbüsü ilə çıxış ediblər.

 





30.10.2014    çap et  çap et