525.Az

Rusiya aviaşirkəti Azərbaycana uçuşları dayandırdı


 

Rusiya aviaşirkəti Azərbaycana uçuşları dayandırdı<b style="color:red"></b> “Noyabrın 1-dən “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) bütün beynəlxalq müntəzəm uçuşlar Heydər Əliyev Beynəlxalq hava limanının yeni 1 saylı terminalından həyata keçiriləcək. Belə olduqda isə təyyarələrin qəbulunda vaxt sıxlığı yaranacaq. Bununla əlaqədar olaraq, Bakı-Krasnoyarks-Bakı istiqamətində uçuşları həyata keçirən Rusiyanın “Taymır” (“NordStar Airlines”) aviaşirkəti AZAL-ın təqdim etdiyi yeni vaxtla razılaşmır”.
 
Bunu “APA-Economics”ə AZAL-ın xidmət rəisi Məhərrəm Səfərli bildirib.
 
M. Səfərli əlavə edib ki, “Taymır” aviaşirkəti AZAL-ın təklifi qəbul etdiyi təqdirdə yenidən uçuşlarını bərpa edə biləcək.
 
Qeyd edək ki, Rusiyanın “Taymır” aviaşirkəti 2012-ci ilin martından Bakı-Krasnoyarks-Bakı istiqamətində uçuşlar yerinə yetirir. Lakin oktyabrın 29-da şirkət aviareysini yerinə yetirə bilməyib. Sərnişinlərə isə biletin qaytarılması və ya uçuş vaxtının başqa tarixə keçirilməsi təklif edilib.
 
“Taymır”ın rəsmi məlumatına görə, 2014-2015-ci illər payız-qış dövrünün uçuş cədvəlinin razılaşdırılması zamanı Azərbaycan tərəfi son anda birtərəfli qaydada Rusiya şirkətinin uçuşuna icazə verilməsini rəsmiləşdirməkdən imtina edib.
 
Onu da əlavə edək ki, Bakı-Krasnoyarks-Bakı marşrutu üzrə uçuşlar həftənin I günü saat 06:30-da və III günü 16:20-də yerinə yetirilir.
 





30.10.2014    çap et  çap et