525.Az

Türkiyə İranı Azərbaycanla əvəzləyəcək


 

Türkiyə İranı Azərbaycanla əvəzləyəcək<b style="color:red"></b> Türkiyə Orta Asiya ölkələrinə yük daşımalarını Azərbaycandan keçməklə Xəzər dənizi vasitəsi ilə həyata keçirəcək.

Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu, gələn ildən etibarən reallaşacaq. 
 
Beynəlxalq Nəqliyyatçılar Dərnəyinin (UND) sədri Fatih Şener mətbuata açıqlamasında bildirib ki, bununla bağlı Azərbaycan tərəfi ilə danışıqlar aparılıb və razılıq əldə edilib: “Biz türk dövlətlərinə yükdaşımaları Azərbaycan ərazsindən keçməklə həyata keçirəcəyik. Ötən həftə Azərbaycan tərəfi ilə danışıqlar apardıq. Qiymətlərə gəlincə, yeni qiymətlər İrandan daha münasibdir”.
 
Şenerin sözlərinə görə, Xəzər dənizi vasitəsi ilə (gəmi-bərələr vasitəsi ilə) il ərzində 30 min ton yük daşımaq mümkün olacaq.
 
Qeyd edək ki, bir müddət öncə İran tərəfi “Türkiyənin yükdaşıma işlərini həyata keçirən nəqliyyat vasitələrinə yanacaq satmayacağıq” deyə açıqlama vermişdi. Rəsmi Tehranın buu açıqlaması Türkiyənin İranı Azərbaycanla əvəzləməsinə səbəb oldu.
 





30.10.2014    çap et  çap et