525.Az

“Amerikanın səsi” səhvini düzəltdi


 

“Amerikanın səsi” səhvini düzəltdi<b style="color:red"></b> “Amerikanın səsi”nin erməni xidmətinin saytındakı Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ regionu haqqında çəkilmiş qərəzli video reportaj yığışdırılıb.
 
525.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, düzəlişdə deyilir ki, 2014-cü ilin oktyabrın 18-də “Amerikanın səsi”nin erməni xidməti özünün saytında “Amerikanın səsi”nin jurnalist standartları balansını və obyektiv baxışı pozaraq Dağlıq Qarabağ barədə 10 dəqiqəlik video yerləşdirib.
 
“Biz standartlarımızın pozulmasına görə təəssüf hissi keçiririk və əmin edirik ki, “Amerikanın səsi” erməni xidməti davamlı olaraq etibarlı və nüfuzlu xəbər mənbəyi olaraq çalışacaq”.
 





30.10.2014    çap et  çap et