525.Az

Prezident boliviyalı həmkarını təbrik edib


 

Prezident boliviyalı həmkarını təbrik edib<b style="color:red"></b> Azərbaycan prezidenti İlham Əliyev Boliviya Çoxmillətli Dövlətinin prezidenti Evo Morales Aymanı yenidən prezident seçilməsi münasibəti ilə təbrik edib.
 

525.az-ın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:
 
“Hörmətli cənab prezident, Boliviya Çoxmillətli Dövlətinin prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə sizi səmimi qəlbdən təbrik edirəm. Ümidvaram ki, Azərbaycan ilə Boliviya arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı istiqamətində qarşılıqlı səylərimizi bundan sonra da davam etdirəcəyik.

Sizə ən xoş arzularımı yetirir, dost Boliviya xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm”.
 





29.10.2014    çap et  çap et