525.Az

Barat Vüsalın şeirləri


 

Barat Vüsalın <b style="color:red">şeirləri</b>

Yenə Məcnun...


Qələmlə
yox, Leyli, sənin adını

Yazanda yazıbdı qanıyla, Məcnun .

Bütün zamanların yol yoldaşıdır,

Bircə can... bircə an... saniyə Məcnun!


Qaçanlar
verdiyi sözündən qaçır,

Bu adam qaçanda özündən qaçır.

Bu adam sevgisi üzündən qaçır,

Oxşamır gördünmü hamıya, Məcnun!


Batırır
batırsa yasa özünü,

Heç kimi yox, istər asa özünü.

Qana bilmir gəzə-gəzə özünü,

Anlamır anlaya-anlaya, Məcnun!


Bax
, sədəf budu, bu, yerə düşsə ,

Bax, hədəf budu, bu, köksü deşsə ...

Bax, sədəf budu, bu, min il keçsə ,

Bəzəkdir həm yerə, həm göyə, Məcnun!


Aşiqi
yaşatsa bil ki, yaşadır,

Bu yerlə bir xətir, göylə bir xətir!

Günəşlə bir doğur, Ayla bir batır,

Yaşayır pərvanə, şamıyla, Məcnun!


Bir
sən ağzına bir su al, durub,

Sən durmusan, axar bu sular durub.

Min ildi cavabsız br sual durub:

Sən niyə, Leylisən, sən niyə Məcnun?!”


Sönürlər
... soyuqdan donurmuş kimi,

Gülürlər sevgini danırmış kimi.

Ay Barat, Allahı tanırmış kimi

İstəyir sevgini tanıya Məcnun!


Kəndir


Qardaş
, mənim üçün hər söz söz deyil,

Qardaş  mənim üçün cəngi sözü var.

Ölsəm qalstuk taxa bilmərəm

Mənim boğazımda kəndir izi var!


Ölsəm
qalstuk taxa bilmərəm,

Onda qəzəbinə gəlmiş olaram,

Mən öz əcdadımın, köhnə nəslimin.

Mən onda üzünə baxa bilmərəm,


Həllac Mənsurun, Nəsiminin?!

Mən neynim, sevmirəm bəzək- düzəyi,

Mən qaraçıyam, belə qaraçı.

Qalstuk- malstuq neynirdi onda,

Bir kəndir var idi...

bir dar ağacı?!


Qalstuk
vurana düşmən deyiləm,

Yox, mən qalstuku sonulamıram.

Yox, mənim sözümün canı başqadı,

Mən bunu demirəm...

bunu demirəm...


Zaman
istər məni dəyişik salsın,

Qalstuk hərisi bir yantamaqla.

qalstukla düzələn deyil,

mən qalstuku sonulamaqla!


Saxlasam
əyilməz baş saxlamışam...

Uymayıb taleyin qara tacına...

Mən öz boğazımı boş saxlamışam,

Mən yer saxlamışam dar ağacına!!


Ürəyim
özümdə, başım özümdə,

Yoxdu əlacım da, var əlacım da!

Kəndirim özümdən, başım özümdən,

Elə özümdəndi dar ağacım da!?


Mən
ölüm taxanam yaz, boğazıma,

Qalstuk taxmaqla məşhur deyiləm.

Mən kəndir doğuram  öz boğazımdan,

Kəndir böyüdürəm öz boğazımda!


Mən
kəndir boğuram öz boğazımda,

Qalstuk boğmaqla məşğul deyiləm!

İnsan ki, yenilməz, ərinməz olur,

Ondan əsrlərlə bəhs etmək olar.


Mən
deyən kəndirlər çürüməz olur,

Ondan qalstuk da düzəltmək olar!


lll


Bəlkə
xəbərim yoxdu

Mən bir vaxt Çöl olmuşam?

Yoxsa niyə mən Çölə

Bir belə vurulmuşam,

Bir belə gül olmuşam?!

Gedirəm öz-özümü

Çöldə yoxlamağa mən.


Gedirəm
, öz-özümü

Bəlkə ağlamağa mən?!

Niyə evə sığmıram,

Niyə Çölə qaçıram?

Molla Nəsrəddin kimi

Nağdı verib canımı,

Çala-çalaqaçıram,

varmış ki, dünyada?


Bir
çölmüş... görəcəyəm

Gümanım çoxdu yaman,

Ölmüş doğmalarımı

Çöldə baxıb uzaqdan

Dirilmiş görəcəyəm!?


...
Məcnun düşüb çöllərə,

Başı qan-qadalıymış.

Deyirlər, Leylini yox,

Allahı axtarırmış...

Asılmayıb... gedibdi

Çölə dönə Nəsimi!


Axtarıb
öz-özünü,

Axtarıb Allahını,

İnanıram, axtarıb,

Çölə dönənə kimi!

Kim Çölü çox sevirsə,

Çölə dönür axırda.

Onçün Çölə varmışam

Allah Çöldü, deyirlər,

Allah, bağışlarmısan?!


Yol


Adi
yol deyildir mən dediyim yol,

Bu yol dərviş yolu, bu yol ər yolu!

Arifə bəllidi, Aşiqə agah,

Qələndər  üçündü qələndər yolu!


Əsl
yoldaşıdı yol Ərin axı!

Deyir yolsuzlardan yol ərin, axı!

Yolların qibləsi, yolların şahı

Ərənlər yoludu, ərənlər yolu!


Zər
zibaiçində batırar bizi,

Azaltmaz, daima artırar bizi!

Tanrı dərgahına çatdırar bizi,

Aşıq Alı yolu, Ələsgər yolu!


Ələstaləmində Ney dolu camdı,

Yaranır, yaşadır, meyid olur, camdı.

Bəlikəlməsidi, Mey dolu camdı,

İçiblər gedənlər, gələnlər yolu!


Qədim
Nuh tufanı, daşqını- yolum,
Ömrün
beş əsrlik beş günü- yolum!

Mən etmişəm Allah eşqini yolum,

Yol hesab eyləməz Barat hər yolu!


Mən
səndən öyrəndim yazı yazmağı...


Günəş
sübh çağından gen düşməz, Tanrım,

Musa Tur dağından gen düşməz, Tanrım!

Alma budağından gen düşməz, Tanrım,

Mən səndən öyrəndim yazı yazmağı!


Ürək
diri ola, göz diri ola,

Gəlsə haqdan gələ, Söz diri ola!

Gərək sirrimin öz sirri ola,

Mən səndən öyrəndim yazı yazmağı!


Mənim
qarşımdaydı hamıdan əvvəl,

Məktəb lövhəsindən əvvəlki Lövhə!

Heç vaxt yol vermərəm bir zərrə səhvə...

Mən səndən öyrəndim yazı yazmağı!

Mən qışa qış dedim, yazı yaz yazdım,

Ordan deyilməsəyazılmaz!”, yazdım!

Mən əyrini əyri, düzü düz yazdım,

Mən səndən öyrəndim yazı yazmağı!


Mən
elə yazdım ki, əbədi olsun,

Sənin yazdığının mabədi olsun.

Sən deyən, mən deyən abidə olsun,

Mən səndən öyrəndim yazı yazmağı!


Görəsən
atdığın addım necədi?

Qarşında əyilmiş qəddim necədi?

Allahım, sən Allah, xəttim necədi?

Mən səndən öyrəndim yazı yazmağı!


Olmasın


Bu
mənə demişəm, mənindən əl çək,

O sənə demişəm: sənin olmasın!

Bu cana demişəm, dəyişsin bir az,

Demişəm həmənki, həmin olmasın!


Əynimdə
elə bil öz dərviş əbam,

Mən hər gün Çöldəyəm, hər an Yoldayam.

Demişəm, hər zaman ay Dərviş babam,

Çölsüz, Yolsuz olan günün olmasın!


Allaha
varmısam qəmim, içimdə,

Olmuşam özümə əmin, içimdə!

Yanında durmuşam qəmin içində,

İnsana demişəm: qəmin olmasın!


QOXU


Allah
göndərdiyi sözdən, surədən,

Ayədən məhəbbət qoxusu gəlir!

Sevənin ayağı sayalı olur,

Sayədən məhəbbət qoxusu gəlir!


Tapdı
, tapmadı ki, qayanı Fərhad,

Öpdü, öpmədi ki, qayanı fərhad...

Çapdı, çapmadı ki, qayanı Fərhad,

Qayadan məhəbbət qoxusu gəlir!


Duydum
köməyini Darda Allahın,

O Yox da Allahın var da Allahın!

Adı çəkiləndə harda Allahın,

Oradan məhəbbət qoxusu gəlir!


Burda
qan tökülür, bir qan izi yox,

Burda qan tökməzdən bir qansızı yox!

Burda ha qan axır...qan iyisi yox...

Minadan məhəbbət qoxusu gəlir!

                                               

Məhəbbət insana verir qol-qanad,

Ondadır səadət, ondadır həyat.

Taparsız, görərsiz ordadır Barat,

Haradan məhəbbət qoxusu gəlir!


lll


zərgərə yoldaşam,

zər məni aparır...

gözəl zəhmətkeşəm,

bu tər məni aparır.


bax
, bu bahar- yaz məni,

eləyib muraz məni!

Xəzərə Araz məni,

Tərtər məni aparır!


Qədər
məni aparmır,

Kədər məni aparmır.

Nələr məni aparmır,

Nələr məni aparır!


Demə
məşəl sözü ,

Qoy bir dönüm gözünə!

Məşəl elə özünə.

Məşəl məni aparır!


Səs
veribdi səsimə,

Yaşamaq həvəsimə.

Hamının əvəzinə

Məhşər məni aparır!


Oğlunu
itiribdi,

Köksünü ötürübdü.

Çiyninə götürübdü,

Bəşər məni aparır?!


XIZIR
, MƏNİ TƏRKİNƏ AL


Nağıldan
gəl, dastandan çıx,

Xızır, məni tərkinə al!

Yollarımın üstündən çıx,

Xızır, məni tərkinə al!


İzinən
biz yolundayam,

İnsan-iblis yolundayam.

Hələb-Təbriz yolundayam,

Xızır, məni tərkinə al!


Mindir
məni Söz atına,

Əylə, minim öz atıma!

Əylə, minim Boz atına,

Xızır, məni tərkinə al!


Sən
gəlməsən bu can çıxar,

Axıb dizəcən qan çıxar,

Əl uzat, quyudan çıxar,

Xızır, məni tərkinə al!


Oğulam
, oğul, deyirəm,

Gəlməsən oğul deyiləm!

uzunmuş yol deyilən,

Xızır, məni tərkinə al


Bəlkə dərkinəm, deyirəm,

Bəlkə dərkimdən deyirəm?

Bəlkə tərkindən deyirəm,

Xızır, məni tərkinə al!


BAX


Ağıl
var elə bil, ağılı yoxmuş,

Könül var, sən ona ağıl kimi bax!

Nağıl var, oxusan dastan bilərsən,

Dastan var, oxuyub nağıl kimi bax!


Ömür
çilik-çilik, bölük- bölükdür,

Yük var ki, bir tükmüş, tük var ki,  yükdür...

İz var ki, cığırdan, yoldan böyükdür,

Yol var ki, uzanır cığır kimi... bax!


Su
var ki,özünə yetirər səni,

Xızır tək tərkinə götürər səni

Sahil var, ümmantək batırar səni,

Ümman var, qoynuna sahil kimi bax.


Harda
ki, viranə-xaraba varmış.

Orada deyirlər bayquş ularmış.

Həyat dedikləri xaraba- bayquş,

Ölümə bülbüllər oxur kimi bax!


Eşqə
ki, ay Barat kim can verirmiş,

Bəşərə o,şöhrət, o, şan verirmiş!

Özünü gözəllə nişan verirmiş...

Gözələ Allaha baxır kimi bax!


ÜÇ
NÖQTƏ


Dünya
dağılammaz... özün sonuna

Üç nöqtə qoymusan axı, ilahi!

Qoymaz yolumuzdan sapmağa bizi,

Heç vaxt yolumuzun sağı, ilahi!


Üç
nöqtə kimidir ümmanlar demək,

Ümman fəlakətdir, ümman yar demək!

Harda sahil varsa ümman var, demək,

Harda ümman varsa, sahil... ilahi!


Burdan
çıxan günəş, o yağan qarsa,

Niyə tələsək ki, batmağa yasa?!

Var-var gətirirsə, varımız varsa,

Var demək yoxun da yoxu, ilahi!


Bu insan kamala, kama dolubmu,

Haliyəm sözündən hali olubmu?

Bir nöqtə könülmü, bir nöqtə ruhmu,

Üçüncü nöqtəmi ağıl, ilahi?!


Yaradıb
bəndənə qul söyləmisən,

Tutsan, əbədidi yol söyləmisən.

Axı sən dünyadaÖl!” söyləmisən,

Axı deməmisən dağıl, ilahi!


Sən
verib hər şeyə əvvəl can, sonra...

Dedin Barata da adamsan, sonra...

Mənə rəhm edib adımdan sonra

Üç nöqtə qoymusan, sağ ol, ilahi!

 





27.10.2014    çap et  çap et