525.Az

Ağa Musa Nağıyevin vəfatı


 

Ağa Musa Nağıyevin vəfatı<b style="color:red"></b>

Eyni gündə – 1919-cu ilin mart ayının 4- Bakı şəhərində bütün türk-müsəlman dünyasını silkələyən iki ictimai zəlzələ baş verdi. İnsanlar bir anlıq çaşqınlıq içərisində edəcəyini bilmirdi. Şəhər şaiyələr burulğanında boğulurdu. Həqiqəti yalandan ayırmaq bəlkə heç vaxt bu qədər çətin olmamışdır. Qüdrətli sənətkarımız, istedadlı səhnə ustası Hüseyn Ərəblinskinin xaincəsinə qətlə yetirilməsi ilə Bakının neft kralı, milyonçu xeyriyyəçi Ağa Musa Nağıyevin vəfat etməsi xəbəri şəhərə atılmış bomba təsiri bağışlayırdı. Millətin maddi mənəvi güvənc yerlərini, iftixar qaynağını ləyaqətlə təcəssüm etdirən bu iki dəyərli şəxsiyyətin dünyasını dəyişməsi xalqı qara, qalın kədər çarşafına bürümüşdür.

Uzun sürən xəstəlik milyonçunun gələcəyə köklənmiş yaşıl ümidlərini baharın ilk çağında xəzana döndərdi. 11 yaşından əlini zəhmətə, belini əziyyətə, dilini ülfətə qəlbini məhəbbətə bağlayan sadə zəhmətsevər bir kəndli balası Ağa Musa Nağıyev 49 yaşında dünyada milyonçu kimi tanınırdı... 70 yaşında yaratdığı zəngin səltənətini özündən sonrakı nəsillərə miras qoyaraq xalqın kisəsindən getdi... 

Azərbaycan Xalq Cümhuriyyətinin bir nömrəli mətbuat orqanı olanAzərbaycanqəzeti 5 mart 1919-cu il tarixli sayının birinci səhifəsində verdiyi başsağlığında yazırdı: “Ağa Musa Nağıyevin Baş Kontoru kəmali-yas təhəssürlə (həsrətləA.R.) Ağa Musa Nağıyevin dünən martın 4-, gündüz saat 10-da vəfat etdiyini xəbər veriyor.

Mərhumun cənazəsi martın 6-da öz evindən (Tarqovı Marinski küçəsinin küncündə) saat 10-da Hacı İmaməli Məscidinə aparılacaq”.

Azərbaycan türkcəsində çap olunan başsağlığı mətnin rusca yazılmış variantında bəzi detallara qismən aydınlıq gətirilmişdir. Məsələn, Ağa Musa Nağıyevin cümə axşamı, gündüz saat 10-da yox, 10:20-, yəni saat 11-ə 20 dəqiqə işləmiş vəfat etdiyi bildirilir, cənazə duasının mərhumun 8 sayli evində olacağı xəbər verilirdi.

Ağa Musa Nağıyevin vəfatı ilə əlaqədar olaraq bir sıra təşkilatlar şəxslərin başsağlığı türk rus dilində çıxanAzərbaycanqəzetinin ilk səhifələrində yer almışdır. Tarixi faktlara söykənmək, hadisəyə aydınlıq gətirmək baxımından qədirşünaslıq nümunəsi olaraq  həmin adları sadalamağa ehtiyac duyulur: 1. Tağı, Xədicə xanım, Sadıx Murad Nağıyevlər. 2. Ağa Əli Nağıyev, bacısı uşaqları ilə. 3.Yelizaveta QriqoryevnaNağıyeva. 4. Mirzə Əsədullayev öz övrəti uşaqları ilə. 5. Bakı Cəmiyyəti Xeyriyyə İdarəsi. 6. Ağa Musa Nağıyevin Ümdə (əsasA.R.) Kontorunun xidmətçiləri. 7. Şəmsi Əsədullayevin oğlanlarının Ümdə (əsasA.R.) Kontoru. 8. Neft Mədənlərinin xidmətçiləri. 9. Səlim Rüqiyyə xanım Sadıqovlar. 10. Ümmügülsümə xanım Nağıyeva. 11. Neft Mədənlərinin fəhlələri. 12. Mirzə Məmməd Kövsər xanım Həsənovlar. 13. Fətulla bəy Rüstəmbəyov. 14. Mahmud bəy Axundov. 15. Evlər İdarəsinin xidmətçiləri. 16. Kerosin Zavodunun fəhlə qulluqçuları. 17. Bakı Ticarət Bankı İdarə Heyətinin sədri Hacı Zeynalabdin Tağıyev. 18. Bakı Ticarət Bankı İdarə Heyəti bütün qulluqçuları. 19. Bakı Lombardı Səhmdar Cəmiyyətinin İdarə Heyəti. 20. Əli Əsədullayev xanımı. 21. Baxış bəy Şahbaz bəy Rüstəmbəyovlar. 22. I Bakı Realnı Məktəbinin Pedaqoji Şurası. 23. Nikolay Arxipoviç Koskin arvadı qohumları ilə. 24. Zinoviy Lvoviç Katsnelson həyat yoldaşı ilə b.

Siyahını nəzərdən keçirdikdə bir neçə məqam diqqəti cəlb edir. Başsağlığı verənlərin siyahısında Neft Mədənlərinin fəhlə xidmətçilərinin, Kerosin Zavodunun fəhlə qulluqçularının, Evlər İdarəsinin xidmətçilərinin yer alması Ağa Musa Nağıyevin bu təbəqədən olan insanların arasında böyük nüfuza malik olduğunu isbatlayan arqumentdir. Digər tərəfdən, siyahıdan bəlli olduğu kimi Nikolay Arxipoviç Koskinin Zinoviy Lvoviç Katsnelsonun simasında böyük mesenata qeyri-türk xalqlarının rəğbət ehtiramı müşahidə edilməkdədir.

Siyahının diktə etdiyi bir suala da biganə qalmaq mümkünsüzdür. Əsədullayevlərin Nağıyevlərlə qohum olduğunu istisna etsək Bakı milyonerlərindən yalnız Hacı Zeynalabdin Tağıyev Ağa Musanın vəfatı münasibətilə başsağlığı vermişdir.

Bu faktın özü Bakının sərmayə sahibləri arasında bəlkə rəqabət duyğusundan güc alan münasibətlərin sərin olmasına bir işarədir.

Ağa Musa Nağıyevin vəfatı ilə əlaqədarKirimzalı bir mühərririn rus dilindəAzərbaycanqəzetində isti-isti çap etdirdiyi bir nekroloq hadisəni vaxtında dəyərləndirmək baxımından çox qiymətlidir. Yazının indiyədək Azərbaycan dilində çap olunmadığını nəzərə alaraq tam mətni oxuculara təqdim edirəm. Bu nekroloqda  Ağa Musa Nağıyev həyat fəaliyyəti geniş, ətraflı təqdim olunmasa da obyektiv dəyərləndirmənin konturları müşahidə edilməkdədir həmin dövr üçün yazı rəğbətlə qarşılanmışdır. Nekroloqda deyilirdi: “Musa Nağıyev uzun əzablı xəstəlikdən sonra ahıl yaşında vəfat etdi. Təbiət tərəfindən qeyri-adi enerji, əzm qabiliyyətlərlə təltif edilmiş xəzinə, ən orijinal insanlardan biri səhnədən endi. Əgər rəhmətlik kimi, belə genişmiqyaslılığa malik insanlar daha normal həyat şəraitlərində dünyaya gəlib boya-başa çatsaydılar, onlar öz xalqı əsrləri üçün qiymətli sərvət olardılar. Tanınmamış biri olaraq, bilik hətta elementar savada sahib olmayan mərhum Musa öz gücü ilə həyatda özünə yol açdı, geniş mətin bir yol. Böyük kapital sahibi olub, mərhum öz xalqının bütün ehtiyaclarına səs vermişdi. Elə bir xeyirxah ictimai təşəbbüs yox idi ki, mərhumun səxavətli payı bunda təməl daşı olmasın. Mərhumun öz xalqına sədaqətinin ən qiymətli abidəsi isə barbarlar (ermənilərA.R.) tərəfindən dağıdılmış gözəlİsmailiyyəsarayı sayıla bilər. Bu binanı mərhum oğlu İsmayılın xatirəsinə tikdirib, Bakı Müsəlman Xeyriyyə Cəmiyyətinə hədiyyə etmişdi. Bu bina Azərbaycan türklərinin mədəni ictimai həyatlarının mərkəzi oldu. Ümid etməliyik ki, mərhumun vərəsələri dağıdılmışİsmailiyyəbinasını yenidən ucaldacaq ki, bu Musanın əməllərinə ucaldılmış ən gözəl abidə olacaq.

Mərhum ancaq öz xalqının ehtiyaclarına deyil, onun doğma şəhərində baş verən bütün xeyirxah təşəbbüslərə cavabsız qalmırdı. Millət fərqi olmadan bütün ehtiyacı olan uşaqların sığınacaq tapdıqları Şəhər Uşaq Xəstəxanasını xatırlamaq yetərli olar. O, səxavətli ianələri iləUşaq XəstəxanasıCəmiyyətinin çağırışına da, cəmiyyət xəstəxana binasının inşasına başlayanda da, cavabsız qalmadı. Mərhumun pulları iləRealnoye Uçilişeməktəbinin üçüncü mərtəbəsi tikilmişdi. Mərhumun uzun həyatı boyunca etdikləri bütün yaxşılıq faydalı işlərini sadalamaq mümkün deyil.

Mərhum xalq arasında xatirəsinin unudulmamasına layiqdir”.

Xalqının ehtiyaclarına bütün varlığı, qəlbi ilə səs verən, ömrünü damla-damla Bakının quruculuq işlərinə sərf edən, həyatının mənasını millətinə xidmətdə görən fədakarlıq simvolu, səmimiyyət rəmzi Ağa Musa Nağıyev nurlu əməlləru ilə yaddaşlarda həmişə yaşayacaqdır.

 





27.10.2014    çap et  çap et