525.Az

Müasir Azərbaycan ədəbiyyatında qəhrəman obrazı


 

Müasir Azərbaycan ədəbiyyatında qəhrəman obrazı<b style="color:red"></b>

Mənim dünyamın adamları”, “İtirilmiş səs”, “Səs qərib olmur”, “Xallı gürzə”, “Fred Asif”, “Muğam dünyasının Xanı”, “Leyli Məcnun”–100 il səhnədə”, “Ölüm mələyi”, “Sənət hekayələri s. əsərləri ilə oxucuların rəğbətini qazanmış yazıçı, publisist Mustafa Çəmənli Azərbaycanın Milli Qəhrəmanı Mübariz Ağakərim oğlu İbrahimovun qəhrəmanlıq aksiyasından bəhs etdiyiMübarizadlı sənədli povesti ilə bir daha sənədli nəsr sahəsində püxtə qələm sahibi olduğunu göstərdi. Etiraf edək ki, ilk baxışda çoxlarına asan gələn sənədli bədii əsər yazıb uğur qazanmaq hər yazıçıya nəsib olmur. Çoxlarının yaxından tanıdığı müharibə qəhrəmanı haqqında bədii əsər yazmaq, yanlışlığa yol verməmək müəllifdən böyük məsuliyyət, dərin müşahidə, həssaslıq tələb edir. Təsadüfi deyildir ki, Mustafa Çəmənlinin 1996- ildə çap etdirdiyi Azərbaycanın Milli Qəhrəmanı Asif Məhərrəmova həsr etdiyiFred Asifsənədli romanı Qarabağ uğrunda gedən döyüşləri, uğur məğlubiyyətləri, ayrı-ayrı insan talelərini özündə əks etdirən, hətta uzun illər sonra bir çox hadisələrə şahidlik edəcək nəsr nümunəsi kimi diqqəti cəlb edir. Bunu kitab haqqında yazılmış resenziyalardan da görmək olar. Tanınmış jurnalist Yusif Rzayevin yazdığı kimi: “Yazıçı Mustafa Çəmənlinin Azərbaycanın Milli Qəhrəmanı (Fred Asif) haqqında yazdığı eyniadlı kitab, “atəşkəsməcmuəsi ilə öləziyən yaddaşımızı, ümidsizləşən ruhumuzu oyadır. Son illərin şəhidlik notu üzərində köklənmiş təbliğatdan fərqli olaraq, bu kitab yaxın keçmişimizin qəhrəmanlıq tarixi olduğunu sübut edən dəyərli bir sənəd əsəridir” (Yusif Rzayev. “Fred Asif”. “525-ci qəzet”, 22 yanvar 1997-ci il).

Etiraf edək ki, Qarabağ döyüşlərinin qəhrəmanından bəhs edənFred Asifkitabından bu gün bəhrələnənlər kifayət qədərdir. Cəsarətlə deyə bilərik ki, Mustafa Çəmənli Qarabağ müharibəsindən ilk sənədli bədii nəsr əsəri yazan müəlliflərimizdəndir. Məhz buna görə Mustafa Çəmənlinin Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun qısa, amma mənalı həyatını, onun keçirdiyi aksiyanı dərhal, isti-isti qələmə alması heç təsadüfi deyildir. O, “Xallı gürzətarixi romanı Fred Asifəsəri ilə tarixi müasir hadisələri bədiiləşdirməkdə, ümumiləşdirib yenidən bütün əlvanlığı, ziddiyyətləri ilə canlandırmaqda bişmiş qələm sahibi olduğunu sübut etmişdir.

Doxsanıncı illərdən üzü bəri bir çox qəhrəmanlar haqqında əsərlər yazılır yazılmaqdadır. Ancaq Mustafa ÇəmənlininFred Asifsənədli romanı kimiMübarizəsəri fərqli oldu. Çünki əsərin qəhrəmanıMübariz özü fərqli düşüncəsi, əqidəsi ilə başqalarına bənzəmədi. Onun göstərdiyi qəhrəmanlıq xalqımız üçün, gənclərimiz üçün bir oyanış, bir çağırış, bir xəbərdarlıq idi. Yazıçı-dramaturq Əli Əmirli demişkən, bir qəhrəmanlıq aksiyası idi. Məhz Mübariz haqqında yazılan bu ilk sənədli povestdən sonra Milli Qəhrəmanın igidlik salnaməsini əks etdirən əsərlər yazılmışdır. Təbii ki, (janrından asılı olmayaraq), bu yazıların zəifi ola bilər, güclüsü . Önəmli olan budur ki, Mustafa Çəmənlinin əsərində 80-ci illərdən üzü bəri müstəqillik əldə edən bir xalqın düşüncəsində, təfəkküründə, idrakında olan birlik, cəsarət, vətənpərvərlik, qəhrəmanlıq hissi Mübariz İbrahimovun simasında əbədiləşdi. Gənc Mübarizin ağlında, düşüncəsində MƏN ifadəsi silindi. Yalnız BİZ var olduq Mübariz bu əqidəynən sanki bizə olanlar bəsdi deyə üsyan etdi, heç birimizin içimizdən çıxarmağa cəsarətimiz çatmadığı lazımsız humanizmi içərisindən çıxarıb atdı.

Mustafa Çəmənlinin bir gəncin qəhrəmanlığından bəhs edərkən tarixə üz tutması əsərin təsir gücünü artırır, “Ot kökü üstə bitərifadəsini xatırladır, bir müqəddəs ocaqdan söhbət açır, hansı ki, o ocaqda əvvəl Ağakərim İbrahimov, sonra Milli Qəhrəman Mübariz İbrahimov doğulur, örnək yerimiz olur. Yazıçı oxucularına o ocağı təqdim edərək, sanki Azərbaycan xalqının ümumiləşmiş obrazını da ifadə edir. O ocağa pənah gətirən imam övladını ev sahibi düşmənlərə vermir. Əvəzində öz övladına imam övladının paltarını geyindirərək düşmənə verir. Ona sığınmış imam övladına təsəlli verərək deyir:

– “Qorxma, bala vermərəm. Mən türk oğlu türkəm. Allah səni ağa ocağına pənah gətirib, – dedi vaxt qazanmaq üçün canamazını götürüb çölə çıxdı. Üzünü qibləyə tutub namaz qılmağa başladı”.

Sonra müəllif yazır: “Az keçmədi yeniyetmə oğlu imam övladının paltarında gəlib şəstlə atasının yanında dayandı. Atanın içindən təsvirəgəlməz bir ağrı keçdi. Boğazına tıxcanan qəhəri zorla udub:

Qorxmursan ki, oğlum? – deyə soruşdu əlini onun kürəyinə çəkdi. Oğlan gözlərini qırpmadan atasına baxdı gülümsədi:

İmam övladı Allahdan başqa heç kəsdən qorxmaz.

Elədi. Allah böyükdü mərhəmətlidi. Səni Allaha tapşırıram.

Oğlan atlıların qabağına düşüb getdi. Ata anası gözdən itənə qədər dayanıb onun ardınca baxdılar. Ata imanını itirməmək üçün oğlunu itirmişdi...”

Mübarizin valideynləriata anası isə torpaqları uğrunda, günahsız qız-gəlinlərin şərəfi uğrunda, şəhidlərin alınmayan qisası uğrunda oğullarını verdilər. İtirdilər, yox şəhidlik zirvəsinə göndərdilər.

Müəllifin qeyd etdiyiAtanın içindən təsvirəgəlməz bir ağrı keçdiifadəsi məni illər əvvələ apardı. Mübarizin şəhidlik zirvəsini fəth etdiyi günlərdə Ağakərim İbrahimovun oğlu Mübariz haqqında danışarkənVətən sağ olsundeyəndə onun ciyərinin yanğısı televiziya ekranından belə görünürdü. O zaman şəhid valideynlərinin içindən keçən təsvirəgəlməz bir ağrını mən öz içimdə hiss etdim. İllər əvvəl əsgərlikdə dünyasını dəyişmiş, qəhrəmanlıq arzusu ürəyində qalmış qardaşımın dəfni zamanı atamın ağappaq ağarmış sifəti gözlərim qarşısında dayandı. O an özümə nifrət etmişdim. Görəsən, şəhid əsgər balalarımızın qanını ala biləcəyikmi, övladları üçün diriykən ölən valideynlərə, ata analara təskinlik olsun. Çox təəssüf ki, hələ qələmlərimiz ata-anaların təsvirəgəlməz ağrı-acılarını əks etdirə bilmir. Amma bu o demək deyil ki, qələm sahiblərimiz yazmır. Mən bu günlərdə Mustafa ÇəmənlininMübarizpovestini birnəfəsə oxudum fərqli üstünlüklərə malik olan bir əsər kimi dəyərləndirdim. Əsərdə Mübarizin daxili aləmini, yaşıdlarından fərqli düşüncə tərzini, Vətən üçün böyük sevgisini, gənc yaşlarında Azərbaycan bayrağını ucalara qaldırmaq istəyini, ən əsası, sözün əsl mənasında, vətəndaşlıq qayəsini gördüm. Əslində, Mübarizin Tərtər bölgəsində, Murov dağına yaxın bir bölgədə qulluq etməsi məni daha çox təsirləndirdi. Murovdağ cəbhə bölgəsində qulluq edən əsgərlər elə mübaliğəsiz dağ vuqarlı, dağ əzəmətli əsgərlərdirlər. Xəyalən o günlərə getdim. Sərt, şaxtalı qış gecələri. Buz bağlamış Murov dağları. Ağır, sərt təbiət bu ağır şəraitdə keşikdə dayanan Azərbaycan əsgəri. Orda döyüşmək yox, sadəcə qulluq eləmək bir qəhrəmanlıq, ərlik məktəbidir. İnanıram ki, zamansa məhz Mustafa Çəmənlinin qələmində Murovdağ əsgərinin bir qəhrəmanlıq məktəbinə dəyən bircə günü ilə vaxtsa tanış olacayıq. Çünki Mustafa Çəmənli Qarabağ faciəsini, itirilmiş torpaqların, şəhid itkisinin, qaçqın-köçkün ağrısını bütün varlığıyla yaşayan yazıçıdır.

Mənə elə gəlir ki, biz bir-birimizə hər gün, hər saat torpaqlarımızın düşmən tapdağı altında olduğunu xatırlatmalıyıq, hərbçilərimizə, əsgərlərimizə diqqəti artırmalıyıq. Gərək heç zaman unutmayaq ki, Vətən torpağının keşiyində, biz rahat olaq deyə, gecə-gündüz dincəlməyən, rahat olmayan Azərbaycan oğulları var. Eşq olsun o oğullara, eşq olsun elə oğul dünyaya gətirən analara eşq olsun qəhrəmanlarımızın igidliyini gələcəyə çatdıran yazarlara deyirəm. fikrimi yaradıcılığına hörmət bəslədiyim Əli Əmirlinin povest barədə yazdığı fikirlərlə tamamlayıram.

Mübarizin qəhrəmanlıq aksiyası daima toy-bayram əhvalında olan, həyatı şou bilib başını söz-söhbətlər, giley-güzarlar qeybətlərlə girləyən, maddi olan hər şeyə hərislik göstərən cəmiyyətimizin yaxasından yapışıb silkələdi, mürgüdən diksindirib oyatdı. Hətta heyrətə saldı, açıq səmada qəfil göy gurultusu, ildırım effekti yaratdı, vətənpərvərlik hissi korşalmış, itirdiyi torpaqların ağrısını az qala unutmuş bizlər bu qəhrəmanlığın mahiyyətinə, məzmununa, motivinə dərhal vara bilmədik, amma bu çaşqınlıq çox çəkmədi, onun yerini bir qürur hissi, ümid işığı tutdu, məğlubiyyət acısını dadmış təəssüf ki, günahı özündən başqa hamıda görüb belini əyməyə hazır xalqın qəddi dikəldi. Demə bu torpaq hələ qəhrəmanlar yetirmək iqtidarını, gücünü saxlayırmış. İmam Hüseyn şəhidliyi ilkin mahiyyətini itirməkdə olan İslamı dirçəltdiyi kimi, Mübarizin qəhrəman şəhidliyi bizim özümüzə olan inamımızı geri qaytardı”.

MƏRZİYYƏ NƏCƏFOVA,
AMEA-nın Ədəbiyyat İnstitutunun Müstəqillik dövrü şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent

 





27.10.2014    çap et  çap et