525.Az

Güllə keçirməyən şüşələrin istifadəsinə başlanıb


 

Güllə keçirməyən şüşələrin istifadəsinə başlanıb<b style="color:red"></b> Azərbaycanda yerli istehsal olan güllə keçirməyən şüşələrin istifadəsinə başlanılıb.
 
Bu barədə APA-ya güllə keçirməyən şüşələrin istehsalını həyata keçirən “Glass House” şirkətinin satış meneceri Elməddin Ağamalıyev məlumat verib.
 
Şirkət nümayəndəsinin sözlərinə görə, bu şüşələr bankların və digər obyektlərin mühafizəsində istifadə oluna bilər. Eləcə də fərdi şəxslər evlərinin təhlükəsizliyi üçün şüşələrlə maraqlanmağa başlayıblar.
 
Hazırda şirkət Azərbaycanda istehsal olunan güllə keçirməyən şüşələrin ixracı istiqamətində iş aparır.
 
Şirkət nümayəndəsinin sözlərinə görə, güllə keçirməyən şüşələrin sınağı Rusiyada “Armor Test” Sertifikatlaşdırma və Tədqiqatlar Mərkəzində  həyata keçirilib və  uyğunluq sertifikatı təqdim olunub.  Bu şüşələr testlərdə PM, TT tapançalarından 9 mm, AKM tipli avtomatdan 7,62 mm çaplı patronlardan açılan atəşə qarşı qorumanı təmin edib.
 





25.10.2014    çap et  çap et