525.Az

Qoçaq Əsgərovun Şanxayda konserti olub


 

Qoçaq Əsgərovun Şanxayda konserti olub <b style="color:red"></b>

Azərbaycanın tanınmış gənc xanəndəsi Qoçaq Əsgərov ŞanxaydaShanghai World Music Festival-2014” festivalı çərçivəsində üçgünlük konsert proqramı ilə çıxış edib.
 
Xanəndə dünya ulduzlarının konsertini təşkil edən məşhur menecer Lijiang Tang tərəfindən dəvət alıb.

Fərqli
məkanlarda keçirilən konsertlər maraqla alqışlarla qarşılanıb. Şanxayda ilk dəfə səslənən Azərbaycan muğamını festivalın direktoru başda olmaqla, dünyanın ən sayılıb-seçilən nüfuzlu şəxsləri dinləyib. Xanəndənin çıxışından əvvəl musiqişünas, UNESCO-nun eksperti Sənubər Bağırova Azərbaycan musiqisi, muğamları barədə iştirakçılara geniş məlumat verib.

 

Daha sonra Qoçaq Əsgərovun ifasındaMahur”, “Şurmuğamları, “Bayatı-Şiraz”, “Şüştərtəsnifləri xalq mahnıları səsləndirilib. Xanəndəni tarda Şəhriyar İmanov, kamançada Elnur Mikayılov, nağarada Kamran Kərimov müşayiət edib.

 

Konsertlər çərçivəsində Q.Əsgərovun diskləri satışa çıxarılıb.

 

Qoçaq Əsgərovun Şanxaydakı konsertləri yerli telekanallar vasitəsilə yayımlanıb. Eyni zamanda xanəndə yeni konsertlər üçün təkliflər alıb. Qeyd edək ki, Şanxayın küçələrinə vurulmuş konsertin afişalarında Qoçaq Əsgərov ictimaiyyətəAzərbaycan muğamının şahzadəsikimi təqdim edilib.  
 





25.10.2014    çap et  çap et