525.Az

Azərbaycan və dünya incəsənətinə həsr olunan mühazirələr davam edir


 

Azərbaycan və dünya incəsənətinə həsr olunan mühazirələr davam edir<b style="color:red"></b> “ASAN xidmət”, “YARAT” Müasir İncəsənət Məkanı, Beynəlxalq Muğam Mərkəzi və “ASAN Könüllüləri” Gənclər Təşkilatı İctimai Birliyinin birgə təşkilatçılığı ilə Azərbaycan və dünya incəsənətinə həsr olunan mühazirələr davam edir.
 
Növbəti mühazirə Beynəlxalq Muğam Mərkəzində sənətşünaslıq doktoru Cəmilə Həsənzadə tərəfindən keçiriləcək. Mühazirədə Azərbaycan incəsənəti, eyni zamanda dünyadakı incəsənət cərəyanlarından olan impressionizm, postimpressionizm və avanqardizm haqqında ətraflı məlumat veriləcək. Xatırladaq ki, layihə çərçivəsində incəsənət sahəsində tanınmış ekspertlər tərəfindən ümumi mühazirələr təşkil olunur.

Mühazirələrdə “ASAN xidmət” mərkəzlərinin əməkdaşları, könüllüləri və vətəndaşlar iştirak edirlər. Layihə müddətində indiyədək 4 mühazirə təşkil olunub və ümumilikdə 500 nəfər iştirak edib. Silsilə mühazirələr iştirakçıların milli və dünya incəsənəti ilə bağlı biliklərinin artırılmasına yönəlib.
 





25.10.2014    çap et  çap et