525.Az

“Rusiya Ukraynanın Aİ ilə tərəfdaş münasibətlərini inkişaf etdirmək haqqını şübhə altına almır”


 

“Rusiya Ukraynanın Aİ ilə tərəfdaş münasibətlərini inkişaf etdirmək haqqını şübhə altına almır”<b style="color:red"></b> Rəsmi Moskva Ukraynanın Avropa İttifaqı ilə tərəfdaş münasibətləri inkişaf etdirmək hüququnu şübhə altına almır, lakin bu münasibətlər Rusiyaya heç bir ziyan verməməlidir.
 
APA-nın xəbərinə görə, bunu Norveçə rəsmi səfəri zamanı yerli “Verdens Gang” qəzetinə müsahibəsində Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.
 
“Bir daha qeyd edirəm: Ukrayna ilə Avropa İttifaqı ilə əlaqələrini genişləndirməsi Rusiyaya, o cümlədən Gömrük İttifaqının və Ukraynanın da üzvü olduğu MDB-nin azad ticarət zonasının bütün üzvlərinin maraqlarına ziyan gətirməməlidir. Ümid edirəm ki, qarşıdakı danışıqlarda bu məsələ ilə bağlı bir ortaq məxrəcə gələcəyik”, - deyə rusiyalı nazir bildirib.
 
Nazir xatırladıb ki, Ukrayna ilə Aİ arasında Assosiasiya Sazişinin iqtisadi tərkibinin imzalanması 1 illik uzadılıb: “Həmin addımı Ukraynanın qanuni yolla seçilən prezidenti Viktor Yanukoviç də atmışdı. Sual olunur: o zaman niyə Qərb ölkələri Ukraynadakı qanunsuz dövlət çevrilişini, qardaş müharibəsini dəstəklədi?”.
 
S. Lavrov həmçinin qeyd edib ki, “bu gün Ukraynadakı böhranın həlli üçün real töhfələr yaranıb”. “Bunu üçün tərəflər Minsk danışıqları zamanı əldə olunan razılaşmaların bütün bəndlərini yerinə yetirməlidirlər”, - deyə nazir qeyd edib.
 





25.10.2014    çap et  çap et