525.Az

Neft meydançasında baş verən qəza zamanı ölənlərin adları açıqlanıb


 

Neft meydançasında baş verən qəza zamanı ölənlərin adları açıqlanıb<b style="color:red"></b> Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) N.Nərimanov adına NQCİ-nin ərazisində yerləşən 441 saylı qəzalı meydançadakı partlayış nəticəsində ölənlərin adlarını açıqlayıb.
 
ARDNŞ-dan APA-ya verilən məlumata görə, oktyabrın 23-də saat 12:00 radələrində “Azneft” İstehsalat Birliyi N. Nərimanov adına NQÇİ-nin ərazisində yerləşən 441 saylı qəzalı meydançada təmir işləri aparılarkən baş verən uçqun nəticədə itkin düşən 4 nəfər işçidən üçünün cəsədi hadisə yerindən 2 kilometr aralıda dənizin dibindən tapılaraq, sahilə çıxarılıb.
 
Həlak olanlar “Neftqaztikinti” Trestinin 4 saylı Tikinti-Quraşdırma İdarəsinin böyük iş icraçısı, 1971-ci il təvəllüdlü Bədəlov Faiq Yengibar oğlu, Nəqliyyat İdarəsinin təmirçi-çilingəri, 1969-cu il təvəllüdlü Nəbizadə İlkin Əliəfsər oğlu və kran maşinisti, 1956-cı il təvəllüdlü İbrahimxəlilov Rövşən Yəhya oğludur.
 
4 saylı Tikinti-Quraşdırma İdarəsinin qaynaqçısı, 1961-ci il təvəllüdlü Hüseynov Əbdülhəsən İslam oğlunun cəsədinin axtarışları isə davam etdirilir.
 





25.10.2014    çap et  çap et