525.Az

Sabah hava necə olacaq?


 

Sabah hava necə olacaq?<b style="color:red"></b> Sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağıntılı olacağı gözlənilir.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, güclü şimal-qərb küləyi axşam tədricən mülayimləşəcək. Havanın temperaturunun gecə və gündüz 8-12 dərəcə isti olacağı gözlənilir.
 
Azərbaycanın rayonlarında hava şəraitinin arabir yağıntılı keçəcəyi, bəzi yerlərdə intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə və gündüz 8-13 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 1-6 dərəcə isti olacağı gözlənilir.
 





25.10.2014    çap et  çap et