525.Az

"Suaresə "məni dişləmə" dedim"


 

"Suaresə "məni dişləmə" dedim"<b style="color:red"></b>

"Barselona"nın futbolçusu Jerar Pike komanda yoldaşı Luis Suares haqda danışıb.

Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o deyib ki, məşq zamanı uruqvaylı hücumçu onu dişləmək istəyib:

"Məşqdə Suaresə qarşı oynayarkən məni dişləməyə çalışdı. Ona "məni dişləmə!" dedim. Suares isə bu sözlərimə güldü. O, daha matç zamanı hər hansı futbolçunu dişləməyin doğru olmadığını bilir".

Xatırladaq ki, Suares  "DÇ-2014"ün qrup mərhələsində İtaliya ilə matçda (1:0) rəqib futbolçu Corcio Kyellininin çiynini dişlədiyi üçün bu ilin iyun ayında FİFA tərəfindən dörd ay müddətinə futboldan kənarlaşdırılmışdı. Onun bu cəzası bu gün bitib.

 





25.10.2014    çap et  çap et