525.Az

Hilal Məmmədov həbsxanaya qaytarıldı


 

Hilal Məmmədov həbsxanaya qaytarıldı<b style="color:red"></b>

Qızının toy mərasimində iştirak etmək üçün azadlığa buraxılan “Tolişi Sedo” qəzetinin baş redaktoru Hilal Məmmədov həbsxanaya qayıdıb.

Baş redaktorun qardaşı Səbahəddin Məmmədovun APA-ya verdiyi məlumata görə, ötən gün Hilal Məmmədov qızının toy mərasimi bitəndən sonra cəzaçəkmə müəssisəsinə qaytarılıb.
 
Qeyd edək ki, Hilal Məmmədov oktyabrın 23-də övladının toyunda iştirak etmək üçün azadlığa buraxılıb.

 





25.10.2014    çap et  çap et