525.Az

Putin ABŞ-ı dünyanın tarazlığını pozmaqda ittiham edib


 

Putin ABŞ-ı dünyanın tarazlığını pozmaqda ittiham edib<b style="color:red"></b> Rusiya prezidenti Vladimir Putin ABŞ-ı dünyanın tarazlığını pozmaqda ittiham edib.
 
APA-nın “Russia Today”a istinadən verdiyi xəbərə görə, V. Putin “Valday” forumunda çıxışı zamanı bildirib ki, Vaşinqton dünyanı öz maraqlarına uyğun formalaşdırmağa çalışır.
 
Rusiya prezidenti ABŞ-ı ekstremist qrupları maliyyələşdirməkdə də günahlandırıb. “Tərəfdaşlarımız yenidən eyni səhvlərə yol verirlər. Bir zamanlar onlar Əfqanıstanda SSRİ-yə qarşı islamçı ekstremist qüvvələri maliyyələşdirirdilər. Elə bu səbəbdən “Taliban” və “Əl-Qaidə” yarandı”, -deyə o vurğulayıb.
 
V. Putin həmçinin Qərbin Rusiya və Orta Asiya ölkələrində baş qaldıran beynəlxalq terror təhdidlərinə göz yumduğunu deyib.
 





24.10.2014    çap et  çap et