525.Az

ABŞ konqresmenləri Cənub Qaz Dəhlizinin əhəmiyyətini vurğulayıb


 

ABŞ konqresmenləri Cənub Qaz Dəhlizinin əhəmiyyətini vurğulayıb<b style="color:red"></b> Hyustonda yerləşən ABŞ-ın tanınmış Rays Universitetində (Rice University) ABŞ və Avropada enerji məsələlərinə həsr edilmiş dəyirmi masa keçirilib.
 
Azərbaycanın ABŞ-dakı səfirliyindən APA-ya verilən məlumata görə, ABŞ konqresmenləri Cim Braydnstayn (Jim Bridenstine) və Rəndi Veberin (Randy Weber), eləcə də müxtəlif enerji şirkətləri nümayəndələrinin iştirak etdiyi dəyirmi masada Azərbaycanın qlobal enerji bazarlarında, xüsusilə Avropanın enerji təhlükəsizliyində rolu qeyd olunub.
 
Konqresmen Braydnstayn Azərbaycanı regionda ABŞ maraqları baxımından çox əhəmiyyətli ölkə kimi səciyyələndirib və ölkəmizlə ikitərəfli əsasda münasibətlərin daha da inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb. O, eyni zamanda Cənub Qaz Dəhlizinin Avropanın enerji təhlükəsizliyi üçün çox vacib olduğunu bildirib və bunun müəyyən perspektivdə digər təbii qaz hasilatçısı olan ölkələrində də Avropa qaz bazarlarına çıxışı üçün imkan yaratdığını qeyd edib.
 
Görüş zamanı eyni zamanda ABŞ-ın və Avropa İttifaqının Avropanın, xüsusilə Şərqi və Cənub-Şərqi Avropa ölkələrinin enerji təhlükəsizliyi məsələlərində daha aydın və davamlı mövqeyinin olmasına ehtiyac olduğu bildirilib.
 
Görüşdə iştirak edən Azərbaycanın ABŞ-dakı səfirliyinin əməkdaşı Natiq Baxışov Cənub Qaz Dəhlizinin Avropanın enerji təhlükəsizliyində oynadığını əhəmiyyətli rol barədə məlumat verib. Dəhlizin Avropa üçün müstəsna əhəmiyyətinin onun yalnız Avropa qaz bazarlarına yeni həcmdə qaz gətirməklə tamamlanmadığı, bununla da Avropaya yeni və irihəcmli boru kəmərləri şəbəkəsinin gətirildiyi vurğulanıb.
 





24.10.2014    çap et  çap et