525.Az

TQDK məktəb direktorları üçün seminar keçirdi


 

TQDK məktəb direktorları üçün seminar keçirdi<b style="color:red"></b>

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Bakıda seminarlar keçirib.

TQDK-dan Lent.az-a verilən məlumata görə, seminarlar ümumtəhsil müəssisələrində təhsilalanların biliyin yekun qiymətləndirilməsinin təşkili sektorunun əməkdaşları tərəfindən 2014/2015-ci tədris ili üçün yekun qiymətləndirmə ilə bağlı təqvim planındakı işlərin yerinə yetirilməsi və yeni versiyalı “Şagird-məzun” sistemindən istifadə qaydaları ilə tanışlıq məqsədilə keçirilib.
 
Sabunçu (252 nömrəli məktəb), Binəqədi (276 nömrəli məktəb), Yasamal (18 nömrəli məktəb), Nərimanov (258 nömrəli) və Xətai (95 nömrəli məktəb) rayonlarında təşkil edilmiş tədbirlərdə Bakı şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları, təhsil müəssisələrinin rəhbərləri və əlaqələndiriciləri iştirak ediblər.

Seminarlarda təqvim planında göstərilən mərhələlər üzrə şəhər (rayon) təhsil şöbələri və təhsil müəssisələri tərəfindən yerinə yetiriləcək işlərin məzmunu ətraflı izah edilib, işin gedişində meydana çıxan problemlər və onların həlli yollarından bəhs edilib.
 
Təhsil müəssisələri rəhbərlərinin diqqətinə çatdırılıb ki, təqvim planında nəzərdə tutulmuş işlər dəqiq və qrafikə uyğun şəkildə vaxtında yerinə yetirilməlidir.

Keçirilmiş tədbirlərdə “Şagird-məzun” sisteminin yeni versiyası iştirakçılara təqdim edilib. Təhsil müəssisələrinin əlaqələndiricilərinə sistemdən istifadə qaydaları haqqında məlumat verilib, yaradılmış yeni imkanlar əyani nümayiş etdirilib.

 





24.10.2014    çap et  çap et