525.Az

Azərbaycanda Qırğızıstan səfirliyi açılacaq


 

Azərbaycanda Qırğızıstan səfirliyi açılacaq<b style="color:red"></b> Qırğızıstanın Azərbaycanda səfirliyi açılacaq.
 
APA-nın Qırğızıstan mətbuatına istinadən verdiyi məlumata görə, Qırğızıstan prezidenti Almazbek Atambayev bununla bağlı sərəncam imzalayıb.
 
Sərəncamda qeyd olunub ki, səfirliyin açılmasında məqsəd Qırğızıstanın Azərbaycanla siyasi, iqtisadi-ticarət və mədəni-humanitar sahələrdəki əlaqələrini daha da inkişaf etdirməkdir.
 
A. Atambayev Qırğızıstan hökumətinə bir ay ərzində səfirliyin fəaliyyəti ilə əlaqədar təşkilati və maliyyə xarakterli məsələləri  həll etmək tapşırıb.  
 





24.10.2014    çap et  çap et