525.Az

Bakıda avtobus sürücülərinə yeni vahid geyim və qalstuk paylandı


 

Bakıda avtobus sürücülərinə yeni vahid geyim və qalstuk paylandı<b style="color:red"></b>

“Artıq Bakıda  sərnişin nəqliyyatında işləyən sürücülərə vahid forma paylanılıb. Geyim “kərpic” rəngli köynək, tünd göy rəngli şalvar və pencəkdən ibarətdir”.

Bu barədə Modern.az-a Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Xidmətinin səlahiyyətli nümayəndəsi Əmrah Cəfərov deyib.

Nazirlik rəsmisi qeyd edib ki, vahid forma dəstinin içərisində qalstuk da var: “Hələ ki qalstukdan istifadə etməyəcəklər. Amma Avropa Oyunları zamanı mütləq tətbiq ediləcək”.

Qeyd edək ki, sərnişin kimi hələ bu geyimdə olan sürücülərə rast gəlməmişik.

 





24.10.2014    çap et  çap et